Rusiyanın hakim “Vahid Rusiya” partiyasının sədri, ölkənin sabiq prezidenti Dmitri Medvedev seçki proseslərinin beynəlxalq qarşıdurmanın yeni qlobal meydanına çevrildiyini bildirib.
TASS-ın məlumatına görə, Medvedev bu proseslərin təkcə Qlobal Cənub ölkələrində deyil, Avropa dövlətlərində də müşahidə olunduğunu qeyd edib.
O, Almaniya, Rumıniya, Bolqarıstan, Moldova və Ermənistanı bu ölkələr sırasında sadalayıb. Medvedev Braziliyada da oxşar proseslərin baş verdiyini vurğulayıb.
“Seçki prosesləri beynəlxalq qarşıdurmanın yeni qlobal meydanına çevrilib. Bunu təkcə Qlobal Cənub ölkələri deyil, Avropa dövlətləri də hiss ediblər. Bu, hələ bir müddət əvvəl təəccüblü görünə bilərdi. Söhbət Almaniya, Rumıniya, Bolqarıstan, Moldova, Ermənistan və bir çox başqa ölkələrdən gedir. Bu yaxınlarda Braziliyada da belə hallar yaşanıb”, – deyə Medvedev bildirib.
Onun sözlərinə görə, “pərdəarxası qüvvələr” həm bu ölkələrin daxilində, həm də onların hüdudlarından kənarda xalqın iradəsini nəzərə almağa hazır deyillər.
Tahir TAĞIYEV