Bazar ertəsi günü, 16 noyabr 2026
     

Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

Image


Əpoş Vəliyev: “Şərurlu İsfəndiyardan nümunə götürüb digər tanınmış iş adamlarımız da universitetlərə gedərək tələbələrlə açıq dialoq qurmalıdırlar”

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələri “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb. Tələbələrin Şərurlu İsfəndiyarla keçirdikləri görüş nədənsə ölkə gündəmində birmənalı qarılanmayıb.

Hər zaman qəribə və məzəli fikirləri ilə yadda qalan şirkət rəhbərinin tələbələrlə müzakirə mövzusu xüsusilə diqqət çəkir.
AzMİU-nun mətbuat idmətindən mətbuatın sorğusuna cavab olaraq deyilib ki, görüş tələbələrin təşəbbüsü ilə, dərsdənkənar vaxtda keçirilib. Bildirilib ki, görüşün təşəbbüskarı qrupdakı tələbələrdən biri olub və digər tələbələr də Şərurlu İsfəndiyarla söhbətə maraq göstəriblər.

Universitetdən o da bildirilib ki, mediada yayılan məlumatlardan sonra daxili araşdırma aparılıb. Müəyyən edilib ki, görüş universitetin ərazisində, auditoriyalarında və ya akt zallarında keçirilməyib.
Mətbuat xidməti İsfəndiyar Axundovun tikinti şirkətinin rəhbəri olduğunu əsas gətirərək tələbələrin onunla görüşmək istəyini başadüşülən hesab edir. Bununla belə, görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə universitetin məlumatı yoxdur.
Şərurlu İsfəndiyarın tələbələrlə görüşündən niyə narahatlıq yaranmalıdır?

Şərurlu İsfəndiyarın universitet tələbələri ilə görüşü ətrafında yaranan müzakirələr, bəzilərinin bu məsələyə yanaşması müəyyən suallar doğurur. Görünən odur ki, tələbələrin tanınmış bir iş adamı ilə görüşməsi bəzilərində narahatlıq yaradıb. Bəs bu narahatlığın səbəbi nədir? Tələbələrin bir sahibkarla görüşməsində, onun həyat və biznes təcrübəsi ilə maraqlanmasında qeyri-adi nə var?

Şərurlu İsfəndiyar haqqında mətbuatda müxtəlif fikirlər, iddialar və mülahizələr səsləndirilə bilər. Ancaq ictimai müzakirələrdə səslənən fikirlərlə hüquqi məsuliyyəti bir-birindən fərqləndirmək lazımdır. O, məhkum olunmuş şəxs deyil. Deməli, haqqında dolaşan mülahizələri əsas götürərək onunla tələbələrin görüşünü əvvəlcədən mənfi qiymətləndirmək doğru yanaşma sayıla bilməz.

Əslində, bu görüşdə diqqət çəkən daha mühüm bir məqam var. Şərurlu İsfəndiyar ölkədəki bir çox iş adamlarından fərqli olaraq, gənclərlə canlı ünsiyyət qurmaqdan, onların suallarını cavablandırmaqdan və açıq dialoqa girməkdən çəkinmir. Bu, sahibkarın ictimaiyyət qarşısında özünü ifadə etmək, təcrübəsini bölüşmək və gənclərlə fikir mübadiləsi aparmaq istəyinin göstəricisidir.

Təəssüf ki, ölkəmizdə kifayət qədər imkanlı, tanınmış biznesmenlər olsa da, onların əksəriyyəti ictimaiyyətlə açıq ünsiyyətdən yayınır. Jurnalistlərin suallarını cavablandırmaq, cəmiyyət qarşısında mövqelərini açıqlamaq, fəaliyyətləri barədə danışmaq istəmirlər. Belə bir şəraitdə Şərurlu İsfəndiyarın universitetə gedərək tələbələrlə görüşməsi, onların suallarını dinləməsi və dialoqa qoşulması niyə təqdir edilməməlidir?

Axı cəmiyyətin, xüsusilə də gənc nəslin tanımağa ehtiyac duyduğu sahibkarlar var. Universitet tələbələri yalnız siyasətçilər, dövlət xadimləri və alimlərlə deyil, biznes nümayəndələri ilə də görüşməli, sahibkarlığın mahiyyətini, iqtisadi fəaliyyətin çətinliklərini, uğurun arxasında dayanan zəhməti və təcrübəni öyrənməlidirlər. Bunun üçün ölkədə nümunə ola biləcək, öz təcrübəsini gənclərlə bölüşməyə hazır olan iş adamlarının ictimai mühitdə daha fəal görünməsi vacibdir.

Əgər tələbələr Şərurlu İsfəndiyarla görüşmək istəyiblərsə, onun da bu görüşə razılıq verməsi müsbət haldır. Gənclərin maraq dairəsinə hörmətlə yanaşmaq, onların suallarından çəkinməmək və açıq söhbətə hazır olmaq hər bir ictimai fiqur üçün üstünlükdür.

Kaş ki, digər iş adamlarımız da bu cür açıq və cəsarətli olaydılar. Universitetlərə gedib tələbələrlə görüşəydilər, sualları cavablandıraydılar, öz biznes təcrübələrini bölüşəydilər. Belə görüşlər həm gənclərin dünyagörüşünün formalaşmasına, həm də sahibkarlıq mühitinin cəmiyyətdə daha yaxından tanınmasına töhfə verərdi.

Məsələ Şərurlu İsfəndiyarın ideal biznesmen obrazında təqdim olunması deyil. Məsələ ondadır ki, cəmiyyətlə ünsiyyətdən qaçmayan, suallara açıq olan, gənclərlə dialoqa hazır bir iş adamının təşəbbüsü niyə birmənalı qarşılanmalıdır? Əgər onun fəaliyyətinə dair tənqidlər və cavablandırılmalı suallar varsa, bunlar da açıq müzakirə oluna bilər. Lakin açıq dialoqun özünü problemə çevirmək doğru deyil.

Unutmayaq ki, gənclərə nümunə göstərmək üçün ilk növbədə onlarla ünsiyyət qurmağı bacarmaq lazımdır. Biznesmenlər cəmiyyətdən təcrid olunmamalı, öz təcrübələri, fəaliyyəti və mövqeləri ilə ictimai müzakirələrin iştirakçısına çevrilməlidirlər. Şərurlu İsfəndiyarın tələbələrlə görüşü də məhz bu baxımdan dəyərləndirilməlidir.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev baki-xeber.com-a bildirdi ki, Şərurlu İsfəndiyarın universitet tələbələri ilə görüşünün ətrafında süni narahatlıq yaradılmasını doğru hesab etmir. “O, Bakı şəhərində ən çox bina inşa edən iş adamlarından biridir. Uzun illər tikinti sektorunda fəaliyyət göstərməsi və çoxsaylı layihələr həyata keçirməsi onun müəyyən təcrübəyə, təşkilatçılıq və idarəetmə bacarığına malik olduğunu göstərir. Dövlət tərəfindən ona müvafiq qaydada tikinti icazələrinin verilməsi də bu sahədə fəaliyyətinin qanuni əsaslarla həyata keçirildiyini göstərir.

Əlbəttə, hər bir iş adamının fəaliyyəti müzakirə və tənqid oluna bilər. Lakin bu, onun gənclərlə görüşməsinə maneə olmamalıdır. Əksinə, tələbələrin müxtəlif sahələrdə təcrübəsi olan insanlarla görüşməsi, onların fikirlərini dinləməsi və suallar verməsi faydalıdır.

Mən hesab edirəm ki, Şərurlu İsfəndiyardan nümunə götürüb digər tanınmış iş adamlarımız da universitetlərə gedərək tələbələrlə açıq dialoq qurmalıdırlar. Gənclər real sahibkarlıq təcrübəsini, uğurları və çətinlikləri birbaşa bu sahədə çalışan insanlardan öyrənməlidirlər. Şərurlu İsfəndiyarın belə bir görüşə getməsini narahatlıq deyil, müsbət təşəbbüs kimi qiymətləndirmək lazımdır”-deyə Ə.Vəliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ