Bazar ertəsi günü, 16 noyabr 2026
     

Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

Image


ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Tszinpin və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində üçtərəfli görüşü planlaşdırılır. Ağ Ev bu görüşün əsas məqsədinin nüvə silahlarının yayılmasının qarşısının alınması və nüvə arsenalının azaldılması məsələlərini müzakirə etmək olduğunu açıqlayıb.

Bu, dünyanın üç ən böyük nüvə dövlətinin liderlərinin ilk üçtərəfli sammiti kimi təqdim olunur. Tramp nüvə silahlarının yayılmasını qlobal təhlükəsizlik üçün ciddi risk hesab edir və Rusiya ilə yanaşı, Çinin də nüvə tərksilahı üzrə danışıqlara qoşulmasını istəyir. Lakin Pekin indiyədək bu məsələnin ABŞ və Rusiya arasında müzakirə edilməli olduğunu bildirərək üçtərəfli danışıqlardan yayınır.

ABŞ administrasiyası görüşdən konkret razılaşma əldə olunacağını gözləmir. Vaşinqton bunu nüvə silahlarının azaldılması istiqamətində ilkin dialoq və gələcək danışıqlar üçün başlanğıc mərhələsi hesab edir. Ağ Evin açıqlamasına görə, Ukrayna məsələsinin görüşün gündəliyinə daxil edilməsi nəzərdə tutulmur.

Əsas məsələ odur ki, Vaşinqton Çini nüvə təhlükəsizliyi üzrə qlobal danışıqlara cəlb etməyə çalışır. Bu təşəbbüs ABŞ-Rusiya nüvə münasibətlərinin ikitərəfli formatdan üçtərəfli formata keçməsi istiqamətində mühüm geosiyasi addım ola bilər. Bununla belə, Çinin mövqeyi və tərəflər arasındakı strateji etimadsızlıq belə bir razılaşmanın əldə edilməsini çətinləşdirir.

ABŞ, Çin və Rusiya liderlərinin nüvə silahlarının azaldılması ilə bağlı ilk üçtərəfli görüşü qlobal təhlükəsizlik sistemində hansı real dəyişikliklərə səbəb ola bilər? Çinin indiyədək nüvə arsenalının müzakirəsinə qarşı çıxmasını nəzərə alsaq, Pekinin bu danışıqlara qoşulmaqda marağı nə dərəcədə realdır?

Dünyanın üç böyük nüvə dövlətinin – ABŞ, Rusiya və Çinin mümkün danışıqları beynəlxalq təhlükəsizlik sistemində yeni mərhələnin başlanğıcı ola bilər. Uzun müddətdir nüvə silahlarının azaldılması məsələsində ciddi irəliləyişin əldə olunmaması fonunda belə bir görüşün keçirilməsinin özü də diqqətçəkən hadisədir. Lakin tərəflərin maraqları və geosiyasi hədəfləri arasındakı ciddi fərqlər bu təşəbbüsün real nəticəyə çevriləcəyini şübhə altına alır.

Xaqani Cəfərli: "Rusiya nüvə silahlarını ixtisar etməklə supergüc statusunu itirə bilər"

Generalların qiyamı - Xaqani Cəfərlinin siyasi şərhi

Politoloq Xaqani Cəfərli məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Tszinpin və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da keçirmələri gözlənilən görüş nüvə silahlarının azaldılması istiqamətində xoş niyyətli addım kimi tarixə düşə bilər. Onun sözlərinə görə, bütün bəşəriyyətin maraqlarına uyğun olan bu təşəbbüsün real nəticə verib-verməyəcəyi isə hələlik sual altındadır.

Politoloq qeyd edib ki, Çin nüvə silahlarının ixtisarı ilə bağlı danışıqların ilk növbədə ABŞ və Rusiya arasında aparılmasını istəyir və bu mövqenin müəyyən əsasları var. Belə ki, Rusiyanın nüvə arsenalı Çinin arsenalından xeyli böyükdür. Buna görə də Pekin hesab edir ki, nüvə silahlarının azaldılması prosesində ilk addımı daha geniş nüvə potensialına malik dövlətlər atmalıdır. Başqa sözlə, Rusiya və ABŞ öz nüvə arsenallarını azaltmaqla Çinlə aralarındakı fərqi minimuma endirməlidirlər. Yalnız bundan sonra Çinin də ixtisar prosesinə qoşulması üçün daha əlverişli şərait yarana bilər.

Xaqani Cəfərlinin fikrincə, Çinin son illərdə nüvə başlıqlarının sayını sürətlə artırması da məhz aparıcı nüvə dövlətləri ilə arasındakı fərqi azaltmaq məqsədi daşıyır. Pekin yaxşı anlayır ki, Rusiya taktiki nüvə silahlarının əhəmiyyətli hissəsini Çindən gələ biləcək potensial təhlükələrə qarşı strateji çəkindirici vasitə kimi saxlayır. Bu baxımdan, Çinin öz nüvə arsenalını məhdudlaşdırmağa tələsməməsi anlaşılandır. Pekin əvvəlcə digər nüvə güclərinin də eyni məsuliyyəti bölüşməsini istəyir.

Politoloq hesab edir ki, hazırkı geosiyasi vəziyyət Rusiyanı nüvə silahlarının ixtisarı ilə bağlı danışıqlarda ən az maraqlı tərəfə çevirir. Ukraynada davam edən müharibə nəticəsində Rusiya konvensional hərbi potensialının ciddi resurs itkisi ilə üzləşib. Eyni zamanda, Qərblə münasibətlərin kəskin pisləşməsi və Avropa enerji bazarlarında mövqelərinin zəifləməsi Moskvanın əvvəlki iqtisadi və siyasi təsir imkanlarını da məhdudlaşdırıb. Belə bir şəraitdə nüvə arsenalı Rusiyanın beynəlxalq sistemdə böyük güc kimi mövqeyini qoruyan əsas vasitələrdən biri olaraq qalır.

Onun sözlərinə görə, Rusiya nüvə başlıqlarının ixtisarına razılıq verəcəyi təqdirdə özünün əsas strateji üstünlüklərindən birini itirə bilər. Moskva bunu sadəcə silahlanmanın azaldılması deyil, həm də beynəlxalq nüfuzunun və supergüc statusunun zəifləməsi kimi qiymətləndirir. Nüvə potensialının kəskin azaldılması Rusiyanın böyük güc statusundan uzaqlaşaraq orta güclü dövlətlər kateqoriyasına düşməsi riskini yarada bilər. Buna görə də hazırkı şəraitdə Kremlin belə bir razılaşmaya getməsi real görünmür.

Xaqani Cəfərli Donald Trampın təşəbbüsünün siyasi məqsədlərinə də diqqət çəkib. Onun qənaətinə görə, ABŞ prezidentinin nüvə silahlarının azaldılması istiqamətində irəli sürdüyü təşəbbüs beynəlxalq aləmdə sülh tərəfdarı lider imicini gücləndirə və onun Nobel Sülh Mükafatına iddialarını möhkəmləndirə bilər. Bununla belə, nüvə təhlükəsinin azaldılması yalnız siyasi bəyanatlarla mümkün deyil. Bunun üçün tərəflərin qarşılıqlı etimadı, təhlükəsizlik təminatları və konkret öhdəliklər üzərində razılığa gəlməsi vacibdir.

Politoloq vurğulayıb ki, uzun illər davam edən fasilədən sonra nüvə silahlarının azaldılması məsələsinin yenidən beynəlxalq gündəmə gəlməsi müsbət hadisədir. Lakin hazırkı geosiyasi reallıqlar, Rusiya ilə Qərb arasındakı qarşıdurma, ABŞ-Çin rəqabəti və tərəflərin nüvə strategiyalarındakı fərqlər bu təşəbbüsün həyata keçirilməsini çətinləşdirir. Onun fikrincə, ideya müsbət olsa da, reallaşması üçün hələlik lazımi siyasi və strateji şərait formalaşmayıb.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ