Bazar günü günü, 15 noyabr 2026
     

Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

Image


2027-ci ildə təhsilin rəqəmsallaşmasına 36,8 milyon manat ayrılıb.
Təhsilin rəqəmsallaşmasına ayrılan bu vəsait azdır, lakin mövcud idarəetmə və satınalma mexanizmləri dəyişmədən maliyyəni artırmaq islahat deyil, risklərin miqyasını böyütməkdir.


Rəqəmsal təhsilə ayrılan 36,8 milyon manat inkişaf üçün niyə kifayət deyil?


Hesablama Palatası təhsil sisteminin informasiyalaşmasına son 3 ildəki xərclərinin monitorinqini aparıb və çox ciddi nöqsanlar aşkar etib. Bu haqda Hesablama Palatası, Dövlət auditi, 2026, №1 və digər nömrələrdə silsilə məqalələr (hesabatlar) dərc edib.

Təhsilin rəqəmsallaşmasının əsas problemi maliyyə azlığı yox, idarəetmə zəifliyidir.

Ayrılan vəsait ilk baxışda təhsilin rəqəmsallaşmasına dəstəyin davam etdirilməsi kimi görünür. Bəs bu vəsait ölkənin təhsil sistemini rəqəmsal transformasiyası üçün kifayətdirmi? Bu məbləğ universitetlərin, məktəblərin və təhsili idarə edən qurumların bu sahədəki 10-15 illik texnoloji geriliyini aradan qaldırmağa imkan verəcəkmi?

Ayrılan vəsaitin real nəticə verməsinə təminat varmı?

2027-ci il dövlət büdcəsi layihəsində təhsil xərcləri 5,1 milyard manat, dövlət büdcəsinin ümumi xərcləri isə 42,4 milyard manat nəzərdə tutulur. Təhsil sistemlərinin informasiyalaşdırılmasına ayrılan 36,8 milyon manat ümumi təhsil büdcəsinin 0,72 faizidir. Başqa sözlə, hər 100 manatlıq təhsil büdcəsinin cəmi 72 qəpiyi bu istiqamətə yönəlir. Bu rəqəm rəqəmsal transformasiyanın miqyası ilə müqayisədə çox azdır.

Rəqəmsallaşma kompüter almaq deyil

Təhsilin rəqəmsallaşmasını kompüterlərin alınması, məktəblərə internet çəkilməsi, elektron jurnalların tətbiqi və bir neçə informasiya sisteminin yaradılması ilə eyniləşdirmək olmaz, bu artıq çox köhnəlmiş yanaşmadır. Müasir rəqəmsal universitet tamamilə fərqli təşkilatı modeldir. Burada tədris, tədqiqat, tələbə xidmətləri, akademik idarəetmə, keyfiyyət təminatı, elmi məlumatların emalı, beynəlxalq əməkdaşlıq və maliyyə idarəçiliyi vahid rəqəmsal ekosistemdə əlaqələndirilir. Süni intellekt, böyük verilənlər, adaptiv təlim sistemləri, rəqəmsal laboratoriyalar, elmi məlumat bazaları və kibertəhlükəsizlik bu ekosistemin ayrılmaz hissəsinə çevrilir.

Azərbaycan universitetlərinin qarşısında duran vəzifə bir neçə elektron platforma yaratmaq deyil. Məsələ universitetin idarəetmə fəlsəfəsini, tədris metodlarını, tədqiqat imkanlarını və xidmət modelini dəyişməkdir. Bu baxımdan 36,8 milyon manatın bəs etməməsi ilə yanaşı, onun hansı məqsədlərə, hansı nəticələrə və hansı texnoloji arxitekturaya əsasən xərclənəcəyi də mühüm məsələdir. Əgər vəsaitin böyük hissəsi əvvəllər olduğu kimi, yenə də ayrı-ayrı avadanlıq və xidmətlərin alınmasına yönələcəksə, rəqəmsal transformasiya baş verməyəcək. Sadəcə mövcud sistemin texniki təchizatı yenilənəcək.

“Hesablama Palatası”nın hesabatı: rəqəmsallaşmanın arxasında hansı problemlər var?

Məsələnin ən narahatedici tərəfi budur ki, rəqəmsallaşmaya ayrılan vəsaitin artırılmasını tələb etdiyimiz bir vaxtda, bu sahədə əvvəlki xərclərin idarə olunması ilə bağlı ciddi nöqsanlar rəsmi audit sənədlərində əksini tapır. “Hesablama Palatası”nın (HP) 2026-cı ildə dərc etdiyi dövlət auditi materialında Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2021–2024-cü illərdəki fəaliyyəti qiymətləndirilib. Hesabatda müsbət nəticələr – Azərbaycan Təhsil Şəbəkəsinin yaradılması, təhlükəsiz intranet infrastrukturu, elektron jurnallar və digər rəqəmsal xidmətlər də qeyd olunur. Lakin auditin üzə çıxardığı nöqsanlar idarəetmə və maliyyə nəzarətinin ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Hesabatdan bəzi faktlara diqqət yetirək:

· Nazirliyin tabeliyində maddi-texniki təchizat üzrə ixtisaslaşmış ayrıca qurum olduğu halda, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi audit dövründə 8,491 milyon manat dəyərində kompüter, printer və digər avadanlıqlar alıb.

· İdarənin yaratdığı və aktiv olan 30 informasiya layihəsində təhlükəsizlik, sənədləşdirmə və şəffaflıqla bağlı çatışmazlıqlar müəyyən edilib.

· 2021–2024-cü illərdə yaradılmış və ya təkmilləşdirilmiş 10 informasiya sistemi vahid dövlət reyestrində qeydiyyata alınmayıb.

· Ən çox istifadə edilən satınalma üsulu bir mənbədən satınalma olub.

· Eyni təchizatçı ilə 4,624 milyon manatlıq dörd müqavilə bağlanıb, lakin satın alınacaq xidmətlərin təsviri, texniki və keyfiyyət göstəriciləri, əsaslandırıcı sənədlər və ehtimal olunan qiymətin hesablanması ilə bağlı çatışmazlıqlar olub.

· 2023-cü ildə həmin təchizatçı ilə bağlanmış 1,208 milyon manatlıq müqavilə üzrə bəzi oxu materialları və qiymətləndirmə vasitələri müqavilədə nəzərdə tutulan saydan az təqdim edilib, təhvil alınmayan işə görə artıq ödənişə yol verilib.

· Açıq informasiya mənbələrindəki qiymətlərlə müqayisədə avadanlıq alışlarında 37 min manat, 400 ədəd noutbuk arabasının alınmasında isə 135,3 min manat artıq xərc müəyyən edilib.

.Bəzi təhsil müəssisələrinə internet xidmətinə görə 12 ay əvəzinə 13 ay üzrə ödəniş aparılıb.

Bunlar ayrı-ayrı texniki səhvlər kimi qiymətləndirilə bilməz. Söhbət planlaşdırma, satınalma, texniki əsaslandırma, müqavilə icrası, uçot və nəzarət zəncirindəki problemlərdən gedir. Burada bir sual xüsusilə vacibdir: rəqəmsallaşmaya məsul qurumun öz satınalma və layihə idarəçiliyi proseslərində şəffaflıq, sənədləşdirmə və nəzarət problemləri varsa, həmin qurum daha böyük maliyyə resurslarını hansı idarəetmə mexanizmi ilə səmərəli istifadə edəcək?

Bir mənbədən satınalma: rəqabət yoxdursa, qiymət və keyfiyyətə kim zəmanət verir?

Dövlət satınalmalarında bir mənbədən satınalma qanunvericiliklə nəzərdə tutulan hallarda tətbiq oluna bilər. Problem bu metodun mövcudluğu deyil, onun əsaslandırılmadan və geniş şəkildə tətbiq olunması riskidir.
Hesablama Palatasının rəqəmsallaşma üzrə auditində bir mənbədən satınalmanın ən çox istifadə edilən metod olduğu göstərilir. Yeri gəlmişkən bu yaxınlarda HP-nın ETN TKTA apardığı yoxlamalarda da eyni nöqsanı- “bir mənbədən satınalma”nın olduğu müəyyən edilib. Nazir tez-tez “səhvlərdən nəticə çıxarmaq uğurun əsasıdır” desə də, HP yoxlaması göstərir ki, ETN səhvlərdən heç bir nəticə çıxarmır.
Bundan əlavə, eyni təchizatçı ilə milyonlarla manatlıq müqavilələrin bağlanması zamanı xidmətlərin texniki təsvirində və qiymət əsaslandırmasında çatışmazlıqlar müəyyən edilib. Bu faktlar satınalma prosesində rəqabət, şəffaflıq və nəticəyə nəzarət məsələlərinin yenidən nəzərdən keçirilməsini tələb edir.

Rəqəmsal texnologiyalar sahəsində bu məsələ daha həssasdır. Çünki proqram təminatı, informasiya sistemləri, lisenziyalar, texniki xidmət və inteqrasiya müqavilələri adi mal alışından fərqlənir. Müqavilədə texniki tələblər dəqiq göstərilmədikdə, sifarişçi sonradan təchizatçıdan nəyi tələb etməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Sistemin real işləkliyi, təhlükəsizliyi, istifadəçi sayı, inteqrasiya imkanları və texniki xidmət öhdəlikləri ölçülə bilən formada təsbit edilməlidir.
Belə bir şəraitdə satınalma sənədində ümumi ifadələrlə göstərilən “proqram təminatının hazırlanması”, “elektron resursların yaradılması” və ya “informasiya sisteminin təkmilləşdirilməsi” kimi predmetlər nəticənin obyektiv qiymətləndirilməsini çətinləşdirir. Rəqəmsal layihələrdə müqavilənin məbləği deyil, təhvil verilmiş və müstəqil yoxlanılmış funksional nəticə əsas götürülməlidir.

Problem təkcə rəqəmsallaşma idarəsində deyil

Hesablama Palatasının 2024-cü ildə dərc etdiyi audit materiallarında Elm və Təhsil Nazirliyinin satınalma və investisiya fəaliyyətinə dair daha geniş problemlər də əksini tapıb. Həmin materiallarda 2022-ci ildə 141 halda 6,529 milyon manat, 2023-cü ildə isə 123 halda 9,807 milyon manat vəsaitin satınalma keçirilmədən icra edildiyi göstərilir. Bu rəqəmlər həmin dövrdə yoxlanılmış satınalma fəaliyyətinə aiddir və onları avtomatik olaraq mənimsəmə faktı kimi təqdim etmək olmaz. Lakin satınalma prosedurlarının tətbiq edilməməsi, ehtiyacların düzgün planlaşdırılmaması və rəqabətli mühitin zəifləməsi barədə ciddi suallar yaradır.
2025-ci ildə dərc olunmuş digər audit materialında isə Elm və Təhsil Nazirliyi və tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsi üzrə 53,5 milyon manatlıq, 10 obyekti əhatə edən auditin nəticələri təqdim edilib. Burada layihələrin ilkin planlaşdırılmaması, texniki-iqtisadi hesablamaların aparılmaması və bəzi tikinti müqavilələrində iş həcmlərinin əsaslandırılmadan artırılması kimi nöqsanlar göstərilib.

Bu materialların birlikdə təhlili bir idarəetmə problemini üzə çıxarır: təhsil sahəsində dövlət vəsaitlərinin xərclənməsi zamanı layihənin ehtiyacının müəyyənləşdirilməsi, texniki əsaslandırma, satınalma, icra və nəticənin qiymətləndirilməsi arasında yetərli institusional əlaqə qurulmalıdır. Əgər bu zəncirin hər hansı mərhələsində nəzarət zəifdirsə, ayrılan əlavə vəsait avtomatik olaraq təhsilin keyfiyyətinə çevrilmir.


Büdcəni artırmaq, yoxsa əvvəlcə idarəetməni dəyişmək?

Rəqəmsal transformasiyaya ayrılan vəsaitin 0,72 faiz səviyyəsində olması fikrimcə, bu istiqamətin strateji əhəmiyyəti ilə müqayisədə aşağıdır. Təhsil sisteminin, xüsusən də universitetlərin rəqəmsal inkişaf ehtiyacları nəzərə alınmaqla, bu xərclərin mərhələli şəkildə əhəmiyyətli dərəcədə artırılması müzakirə edilməlidir. Lakin burada bir ziddiyyət yaranır. Bir tərəfdən rəqəmsallaşmaya ayrılan vəsaitin azlığı və onun artırılması ehtiyacı yaranır, digər tərəfdən, Hesablama Palatasının rəsmi sənədlərində həmin vəsaitlərin idarə olunmasında nöqsanlar göstərilir. Belə şəraitdə büdcəni 10 dəfə də artsa, faydasız olacaqdır. Deməli maliyyənin səmərəsiz israfı texnoloji geriliyi daha da dərinləşdirə bilər. Əsl məsələ vəsaitin həcmini deyil, onun səmərəliliyini təmin edən idarəetmə sistemini dəyişməkdir. Rəqəmsallaşma büdcəsi artırılmalıdır, amma artım sərt şərtlərə bağlanmalıdır. Hər yeni maliyyə paketi konkret texniki-iqtisadi əsaslandırma, açıq satınalma, müstəqil texniki audit və ölçülə bilən nəticələrlə müşayiət olunmalıdır.

Nə edilməlidir? Beş təxirəsalınmaz tələb

1. Təhsil üzrə vahid rəqəmsal transformasiya strategiyası qəbul edilməlidir.


Məktəblər, peşə təhsili müəssisələri və universitetlər üçün ayrı-ayrı layihələr deyil, qarşılıqlı inteqrasiya olunan milli rəqəmsal arxitektura yaradılmalıdır. Bu strategiya 2030-cu ilə qədər konkret hədəflər, maliyyə mənbələri, icraçılar və nəticə göstəriciləri müəyyən etməlidir.

2. Rəqəmsal layihələrin tam inventarizasiyası aparılmalıdır.

Hazırda mövcud olan informasiya sistemlərinin sayı, funksiyası, istifadəçi əhatəsi, texniki vəziyyəti, illik saxlanma xərci, təhlükəsizlik səviyyəsi və digər sistemlərlə inteqrasiyası açıq şəkildə qiymətləndirilməlidir. Eyni funksiyanı yerinə yetirən paralel sistemlər müəyyən edilməli, lazımsız təkrarlanma aradan qaldırılmalıdır.

3. Satınalmalar tam şəffaflaşdırılmalıdır.

Bir mənbədən satınalma istisna deyil, əsaslandırılması tələb olunan xüsusi hal olmalıdır. Tender sənədləri, texniki şərtlər, müqavilələr, təchizatçılar, ödənişlər və təhvil-təslim aktları qanunvericiliyin imkan verdiyi həddə ictimaiyyət üçün əlçatan olmalıdır. Müqavilə nəticələrinin müstəqil texniki yoxlanılması təmin edilməlidir.

4. Rəqəmsallaşma büdcəsi nəticəəsaslı maliyyələşdirilməlidir.

Məsələn, hər bir layihə üzrə aşağıdakı göstəricilər müəyyənləşdirilə bilər:

· sistemin real istifadəçi sayı və aktiv istifadə səviyyəsi;

· xidmətin fasiləsizliyi və texniki əlçatanlığı;

· digər informasiya sistemləri ilə inteqrasiya səviyyəsi;

· kibertəhlükəsizlik və fərdi məlumatların qorunması üzrə uyğunluq;

· istifadəçi məmnunluğu;

· bir istifadəçiyə düşən illik xərc;

· tədris və idarəetmə prosesində ölçülə bilən səmərəlilik artımı.

5. Universitetlərin rəqəmsal transformasiyasına ayrıca maliyyə mexanizmi yaradılmalıdır.

Ali təhsil müəssisələrinin rəqəmsal yetkinliyi eyni səviyyədə deyil. Buna görə universitetlərə vahid avadanlıq paketi vermək əvəzinə, onların rəqəmsal yetkinlik səviyyəsinə əsaslanan rəqabətli qrantlar və missiya əsaslı maliyyələşmə mexanizmi tətbiq edilməlidir. Maliyyə universitetin real transformasiya planına, kadr hazırlığına, elmi fəaliyyətə və nəticələrə bağlanmalıdır.

Təhsilin prioritet olması büdcədə rəqəmin böyüklüyü ilə sübut edilmir

Təhsil xərclərinin 5 milyard manatı keçməsi, yaxud rəqəmsallaşmaya ayrılan vəsaitin gələcəkdə bir neçə dəfə artırılması öz-özlüyündə keyfiyyət islahatı demək deyil. Büdcə resursdur, nəticə deyil. Dövlətin təhsilə prioritet münasibəti ayrılan pulun həcmi ilə yanaşı, həmin pulun necə idarə olunması, hansı nəticəni verməsi və kim tərəfindən nəzarətdə saxlanılması ilə ölçülür.

Əgər təhsil sahəsində satınalma ehtiyacları düzgün hesablanmırsa, müqavilələrdə texniki tələblər qeyri-dəqiq göstərilirsə, sistemlər reyestrdən kənarda qalırsa, artıq ödənişlər baş verirsə və layihələrin real nəticələri müstəqil yoxlanılmırsa, maliyyənin artırılması keyfiyyətə zəmanət verə bilməz.

Daha ciddi problem isə budur ki, belə idarəetmə şəraitində uğursuz layihələrin məsuliyyəti çox vaxt aydın görünmür. Layihə başa çatır, vəsait xərclənir, yeni layihə başlanır, amma təhsilin keyfiyyətində hansı dəyişiklik baş verdiyi barədə ictimaiyyətə əsaslandırılmış cavab verilmir.

Təhsil sahəsində hər yeni rəqəmsal layihənin başlanmasından əvvəl bir sual verilməlidir: əvvəlki layihəyə ayrılmış vəsait nə nəticə verdi? Bu nəticə müstəqil şəkildə yoxlanılıbmı? Nəticə əldə edilməyibsə, səbəb nədir və kim məsuliyyət daşıyır? Bu suallara cavab verilmədən yeni maliyyə ayırmalarını islahat adlandırmaq çətindir.

Daha çox pul yox, daha çox məsuliyyət lazımdır

Azərbaycan təhsilinin rəqəmsal transformasiyaya ehtiyacı şbhəsizidr. 36,8 milyon manatlıq vəsaitin təhsil büdcəsindəki payı bu ehtiyacın miqyası ilə müqayisədə azdır. Lakin rəqəmsal geriliyin aradan qaldırılması yalnız əlavə vəsait ayırmaqla mümkün olmayacaq. Əvvəlcə idarəetmə mədəniyyəti dəyişməlidir: layihə ehtiyac əsasında hazırlanmalı, texniki-iqtisadi cəhətdən əsaslandırılmalı, rəqabətli satınalma ilə həyata keçirilməli, nəticəsi müstəqil qiymətləndirilməli və məsul şəxslər hesabat verməlidir.

Təhsil dövlət siyasətinin bir nömrəli prioritetidirsə, bu prioritet tender sənədlərində, müqavilələrdə, layihələrin keyfiyyətində, maliyyə intizamında və nəticələrdə də görünməlidir. Əks halda, biz rəqəmsal təhsil haqqında danışacaq, yeni platformalar açacaq, avadanlıqlar alacaq, milyonlarla manat xərcləyəcək, amma universitetlərimizin və məktəblərimizin real inkişafını təmin edə bilməyəcəyik.

Təhsilin rəqəmsallaşmasına pul ayırmaq vacibdir. Amma həmin pulun təhsilə çevrilməsini təmin etmək daha vacibdir. İdarəetmə üsullarını dəyişmədən maliyyəni artırmaq isə islahat deyil – köhnə problemlərin daha böyük büdcə ilə davam etdirilməsi riskidir.

İlham Əhmədov

Təhsil eksperti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ