şənbə günü, 14 noyabr 2026
     

Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

Image


Müasir dövrdə dövlət siyasətinin əsas prioritetlərindən biri əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşların layiqli yaşayış şəraitinin təmin edilməsi və sosial müdafiə mexanizmlərinin daha da təkmilləşdirilməsidir. Bu məqsədlərə nail olmaq üçün ilk növbədə cəmiyyətin real vəziyyətini, ailələrin sosial-iqtisadi durumunu, onların ehtiyac və problemlərini dəqiq bilmək lazımdır. Çünki səmərəli dövlət siyasəti yalnız düzgün məlumatlara əsaslandıqda gözlənilən nəticəni verməkiqtidarındadır. Məhz bu baxımdan ev təsərrüfatlarının uçotu ölkənin sosial-iqtisadi inkişafında, əhalinin rifahının yüksəldilməsində və ünvanlı dövlət dəstəyi tədbirlərinin daha effektiv təşkilində mühüm əhəmiyyət daşıyır.

Ev təsərrüfatlarının uçotu sadəcə statistik məlumatların toplanması prosesi deyil. Bu, hər bir ailənin yaşayış şəraitinin, sosial vəziyyətinin, məşğulluq imkanlarının, təsərrüfat fəaliyyətinin və digər mühüm göstəricilərinin öyrənilməsinə xidmət edən sistemli dövlət tədbiridir. Onun əsas məqsədi ölkədə yaşayan əhalinin faktiki vəziyyəti haqqında dolğun və etibarlı informasiya əldə etmək, həmin məlumatlar əsasında sosial-iqtisadi siyasətin daha düzgün istiqamətləndirilməsinə nail olmaqdır. Azərbaycanda ev təsərrüfatlarının uçotu uzun illərdir həyata keçirilən ənənəvi statistik tədbirlərdən biridir. Ötən əsrin 40-cı illərindən kənd yaşayış məntəqələrində, 2012-ci ildən etibarən isə şəhər və qəsəbələrdə inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən aparılan bu proses hər bir ev təsərrüfatı üzrə sorğu əsasında təşkil olunur. Uçot zamanı ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyəti, istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlakı və digər müvafiq göstəricilər qeydə alınır. Burada xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, ev təsərrüfatlarının uçotunun məqsədi vətəndaşların əmlakını yoxlamaq, mülkiyyət hüquqlarını araşdırmaq və ya hər hansı inzibati nəzarət mexanizmini həyata keçirmək deyil. Əsas hədəf ölkənin sosial mənzərəsini olduğu kimi müəyyənləşdirmək, ailələrin real yaşayış şəraiti haqqında məlumat bazası formalaşdırmaqdır. Başqa sözlə, dövlətin vətəndaşın ehtiyaclarını daha yaxşı anlaması və ona uyğun dəstək göstərməsi üçün etibarlı informasiya mənbəyi yaradılır. İstənilən ölkədə sosial siyasətin uğuru əhalinin real ehtiyaclarının nə dərəcədə düzgün müəyyənləşdirilməsindən asılıdır. Aztəminatlı ailələrin, işsiz vətəndaşların, sosial müdafiəyə ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi dövlət dəstəyinin düzgün ünvanlanması baxımından vacibdir. Ev təsərrüfatlarının uçotu məhz bu istiqamətdə əhəmiyyətli informasiya imkanları yaradır.

Məlumatların sistemli şəkildə toplanması və təhlili nəticəsində hansı yaşayış məntəqələrində sosial ehtiyacların daha çox olduğu, hansı ailələrin əlavə dəstəyə ehtiyac duyduğu, əhalinin məşğulluq imkanlarının hansı səviyyədə olduğu müəyyənləşdirilə bilər. Bu isə sosial yardım mexanizmlərinin ümumi yanaşmalar əsasında deyil, konkret ailələrin və sosial qrupların faktiki vəziyyətinə uyğun qurulmasına şərait yaradır. Xüsusilə ünvanlı dövlət sosial yardımının təkmilləşdirilməsi baxımından belə məlumatların əhəmiyyəti böyükdür. Dövlətin əsas məqsədi sosial dəstəyin həqiqətən ehtiyacı olan şəxslərə çatdırılmasıdır. Bunun üçün ailələrin sosial vəziyyəti, gəlirləri, məşğulluğu və digər göstəriciləri barədə dolğun informasiyanın mövcudluğu vacib şərtdir. Beləliklə, ev təsərrüfatlarının uçotu sosial müdafiə sisteminin daha şəffaf, çevik və nəticəyönümlü fəaliyyətinə töhfə verir. Ev təsərrüfatlarının uçotunun əhəmiyyəti yalnız sosial yardım tədbirləri ilə məhdudlaşmır. Bu proses ölkənin demoqrafik vəziyyətinin öyrənilməsi, əhalinin sayı və yaş strukturu, ailələrin tərkibi, miqrasiya və məskunlaşma proseslərinin təhlili baxımından da mühüm informasiya mənbəyidir. Əhalinin faktiki yaşayış yerləri üzrə məlumatların dəqiqləşdirilməsi daxili miqrasiya, urbanizasiya, kənd və şəhərlərdə məskunlaşma meylləri barədə daha dolğun təsəvvür formalaşdırır. Xüsusilə ucqar kəndlərdə əhali sakinliyinin, daimi yaşayış yerini dəyişən vətəndaşların müəyyənləşdirilməsi regional inkişaf siyasətinin düzgün qurulmasına kömək edir. Bu məlumatlar əsasında yaşayış məntəqələrində məktəblərə, tibb müəssisələrinə, sosial xidmətlərə, nəqliyyat və digər infrastruktura olan tələbat daha dəqiq qiymətləndirilməsi mümkündür. Məsələn, əhalinin sayında və yaş strukturunda baş verən dəyişikliklər nəzərə alınmaqla müəyyən ərazilərdə məktəbəqədər təhsil müəssisələrinin, məktəblərin və səhiyyə obyektlərinin yaradılması və ya genişləndirilməsi planlaşdırıla bilər. Deməli, ev təsərrüfatlarının uçotu yalnız bugünkü ehtiyacların müəyyənləşdirilməsi deyil, həm də gələcək inkişafın planlaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Dövlət resurslarının hansı ərazilərə və hansı istiqamətlərə yönəldilməsinin daha məqsədəuyğun olduğunu müəyyənləşdirmək üçün belə məlumatlar mühüm əsasdır.

Ev təsərrüfatlarının uçotunda nəzərdə tutulan ən mühüm yeniliklərdən biri prosesin tam elektronlaşdırılmasıdır. Rəqəmsal texnologiyaların dövlət idarəçiliyinə geniş tətbiq edildiyi müasir mərhələdə statistik uçot sisteminin də yeni tələblərə uyğunlaşdırılması zərurətə çevrilib. 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotunun planşetlər vasitəsilə tam elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Toplanan məlumatların vahid informasiya sistemində cəmləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiyası bu sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq. Bu yenilik, ilk növbədə, məlumatların toplanması, emalı və istifadəsi prosesinin sürətlənməsinə imkan verəcək. Əvvəllər yalnız vətəndaşlarla aparılan sorğular vasitəsilə əldə edilən məlumatların bir hissəsinin növbəti ildən dövlət informasiya sistemlərindən alınması nəzərdə tutulur. Bununla da eyni məlumatların vətəndaşlardan dəfələrlə tələb edilməsinin qarşısı alınacaq, inzibati prosedurlar sadələşəcək və insanların vaxt itkisi azalacaq. Rəqəmsallaşmanın digər mühüm üstünlüyü məlumatların operativ şəkildə yenilənməsi və aidiyyəti dövlət qurumları arasında informasiya mübadiləsinin təkmilləşdirilməsidir. Müxtəlif dövlət xidmətlərinin vahid informasiya mühitində əlaqələndirilməsi sosial dəstək tədbirlərinin daha çevik təşkilinə, qərarların daha dolğun məlumatlar əsasında qəbul edilməsinə şərait yaradacaq. Vətəndaşların öz ev təsərrüfatlarına dair məlumatlarla hər hansı əlavə sorğu göndərmədən, proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola bilməsi də rəqəmsal transformasiyanın mühüm nəticələrindən biri olacaq. Bu yanaşma dövlət xidmətlərinin vətəndaşlara daha yaxın, əlçatan və rahat şəkildə təqdim olunmasına xidmət edir. Rəqəmsal uçot sisteminin tətbiqi ilə yanaşı, fərdi məlumatların təhlükəsizliyinin və konfidensiallığının qorunması da xüsusi əhəmiyyət kəsb edir. Vətəndaşların ailə və sosial vəziyyətinə dair məlumatlarının toplanması, işlənilməsi və istifadəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun həyata keçirilməlidir. Bu, həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlət informasiya sistemlərinə ictimai etimadın gücləndirilməsi baxımından vacibdir. Eyni zamanda, uçot nəticələri qadınların məşğulluğunun artırılması, gənclərin iqtisadi və sosial imkanlarının genişləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi və demoqrafik inkişafın təşviqi istiqamətində dövlət proqramlarının hazırlanmasına da mühüm töhfə verəcək. Fərdi təsərrüfatların və kənd təsərrüfatı fəaliyyətinin mövcud vəziyyətinin öyrənilməsi isə kənd yerlərində gəlir mənbələrinin artırılması, məşğulluğun genişləndirilməsi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, ev təsərrüfatlarının uçotu sosial-iqtisadi inkişafın müxtəlif istiqamətlərini birləşdirən mühüm idarəetmə vasitəsidir. Onun nəticələri əsasında qəbul edilən qərarlar dövlət proqramlarının daha dəqiq planlaşdırılmasına, sosial xidmətlərin əlçatanlığının artırılmasına və büdcə resurslarının səmərəli bölüşdürülməsinə xidmət edir. Hər bir statistik göstəricinin arxasında konkret insan, ailə və həyat hekayəsi dayanır. Bu baxımdan ev təsərrüfatlarının uçotu sadəcə rəqəmlərin və məlumatların qeydə alınması deyil, hər bir ailənin sosial rifahına, daha yaxşı yaşayış şəraitinə və gələcək inkişafına xidmət edən mühüm mexanizmdir. Məhz dəqiq məlumatlara əsaslanan qərarlar dövlət dəstəyinin daha ünvanlı, sosial müdafiənin daha güclü, idarəetmənin isə daha səmərəli olmasını təmin edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ