İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-a məxsus erkən xəbərdarlıq radarına zərbə endirdiyini və onu məhv etdiyini bəyan edib. Bu barədə “Tasnim” agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, zərbə İranın Sirek bölgəsindəki telekommunikasiya qülləsinə qarşı həyata keçirilən hücuma cavab olaraq endirilib. SEPAH-ın Aerokosmik Qüvvələri Bəhreyndə yerləşən və ABŞ-a məxsus olduğu bildirilən erkən xəbərdarlıq radarını hədəfə alıb.
SEPAH, həmçinin İrana qarşı yeni hücumların təkrarlanacağı təqdirdə, cavab zərbələri endirmək üçün qüvvələrinin tam döyüş hazırlığında olduğunu və bununla bağlı heç bir məhdudiyyətin olmadığını bəyan edib.
Tahir TAĞIYEV