Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı verərsə, çox şey itirəcək. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Matviyenko qeyd edib ki, KTMT-də üzvlüyünü davam etdirmək və ya təşkilatdan çıxmaq Ermənistanın öz seçimidir.
“Bundan sonrakı qərar Ermənistanın öz hüququdur. Ölkə KTMT-də üzvlüyünü qoruyub saxlaya və ya təşkilatdan çıxa bilər. Lakin əks qərar verəcəyi təqdirdə Ermənistanın çox şey itirəcəyini düşünürəm”, – deyə o vurğulayıb.
Tahir TAĞIYEV