COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyada təbii resurslar həddindən artıq istehlak olunur, ərzaq təhlükəsizliyi risk altındadır.
"Ekoloji həssaslığı bütün qədim sivilizasiyaların, köklü mədəniyyətlərin və dinlərin ortaq dəyərlərindən biridir. Bəşəriyyət olaraq evimizin yalnız bir damı var, o da səmadır. Bizim başqa səmamız, başqa yer kürəmiz, dənizlərimiz, okeanlarımız və meşələrimiz yoxdur.
Lakin bu gün bəşəriyyət həddindən artıq istehlak təsiri ilə tarixinin bəlkə də ən dərin mövcudluq böhranlarından birini yaşayır. Qlobal istiləşmədən biomüxtəlifliyin məhvinə, təbii resursların həddindən artıq istehlakından ərzaq təhlükəsizliyinin risk altında olmasına , ekoloji dağıntılardan qəfil və dağıdıcı iqlim hadisələrinə qədər ciddi problemlərlə üzləşirik.
Yanan bir meşənin, quruyan bir çayın, çirklənən bir dənizin, kəsilən bir ağacın bütün planetə ağrı verdiyini hamımız çox yaxşı bilirik", - deyə R.T.Ərdoğan bildirib.