çərşənbə günü, 11 noyabr 2026
     

Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

Image


ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Amerika İranın nüvə potensialını məhv edib və Tehranın nüvə silahı əldə etmək imkanlarını aradan qaldırıb. Lakin Ağ Evin İranın nüvə fəaliyyəti ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollar mükafat vəd etməsi bu bəyanatların nə dərəcədə real olduğu barədə yeni suallar doğurur. Əgər Vaşinqton İranın nüvə proqramının tamamilə sıradan çıxarıldığını iddia edirsə, onda bu proqramla bağlı əlavə kəşfiyyat məlumatlarına nə üçün belə böyük ehtiyac yaranıb? Bu vəziyyət Trampın siyasi bəyanatları ilə ABŞ administrasiyasının real qiymətləndirmələri arasında ziddiyyətin mövcudluğunu, yoxsa Amerika kəşfiyyatının İranın nüvə fəaliyyətinin bütün təfərrüatlarına çıxış əldə edə bilmədiyini göstərir?

Ağ Evin İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə 20 milyon dollar mükafat vəd etməsini necə qiymətləndirmək olar? Trampın İranın nüvə potensialını məhv etdikləri barədə bəyanatları ilə administrasiyanın bu addımı arasında açıq ziddiyyət görünmürmü? Bu, ABŞ kəşfiyyatının İranın nüvə proqramı haqqında tam və dəqiq məlumatlara malik olmadığının, hətta kəşfiyyat imkanlarında ciddi boşluqların mövcudluğunun etirafı kimi qiymətləndirilə bilərmi, yoxsa burada məqsəd mövcud məlumatları dəqiqləşdirmək və İranın nüvə fəaliyyətinin gələcək mərhələlərini izləməkdir?

Xaqani Cəfərli: "İranın nüvə potensialının məhv edilməsi barədə Trampın bəyanatları şişirtmədir"

"Postsovet

Politoloq Xaqani Cəfərli ABŞ Prezidenti Donald Trampın İranın nüvə potensialının məhv edilməsi ilə bağlı açıqlamalarını şişirdilmiş hesab edir. O, "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı verdiyi bəyanatlarla atdığı praktiki addımlar arasında müəyyən ziddiyyətlər mövcuddur.

Politoloqun sözlərinə görə, İranın zənginləşdirilmiş 440 kiloqram uran ehtiyatının taleyinin hələ də məlum olmaması bu məsələdə əsas qeyri-müəyyənliklərdən biridir. Tramp İranın nüvə potensialının məhv edildiyini bəyan etsə də, eyni zamanda həmin 440 kiloqram zənginləşdirilmiş uranın təhvil verilməsini tələb etməkdə davam edir. Bu isə İranın nüvə imkanlarının tamamilə aradan qaldırıldığı barədə iddiaların nə dərəcədə əsaslı olduğu sualını gündəmə gətirir.

X.Cəfərli hesab edir ki, ABŞ Dövlət Departamentinin İranın nüvə fəaliyyəti ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollar mükafat vəd etməsi də Vaşinqtonun əlindəki məlumatların yetərli olmadığını göstərən əlamətlərdən biri kimi qiymətləndirilə bilər. Əgər ABŞ İranın nüvə potensialının tamamilə sıradan çıxarıldığına əmindirsə, bu cür böyük məbləğdə mükafat vəd etməklə əlavə kəşfiyyat məlumatları toplamağa çalışmasının səbəbləri izah edilməlidir.

Politoloq vurğulayıb ki, İranın nüvə obyektləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri tərəfindən əhatəli şəkildə yoxlanılmayana qədər bu ölkənin nüvə fəaliyyəti ilə bağlı suallar açıq qalacaq. Çünki nüvə proqramının real vəziyyətini müəyyənləşdirmək üçün yalnız hərbi zərbələrin nəticələri və kəşfiyyat məlumatları kifayət etmir. Bunun üçün obyektlərin faktiki vəziyyəti, nüvə materiallarının yerləşdiyi məkanlar və onların təhlükəsizliyi beynəlxalq mütəxəssislər tərəfindən yoxlanılmalıdır.

Xaqani Cəfərlinin fikrincə, İranın qapalı siyasi sistemə malik olması da bu məsələdə qeyri-müəyyənliyi artırır. Totalitar idarəetmə şəraitində ölkə daxilində baş verən proseslər barədə kənar qüvvələrin tam və dəqiq məlumat əldə etməsi olduqca çətindir. Hətta dünyanın ən güclü kəşfiyyat orqanlarının belə imkanlarının müəyyən sərhədləri var. Onlar ayrı-ayrı obyektlər, şəxslər və fəaliyyət istiqamətləri barədə məlumat əldə edə bilsələr də, ölkənin bütün nüvə infrastrukturunda baş verənləri yüz faiz dəqiqliklə müəyyənləşdirə bilməzlər.

Politoloq hesab edir ki, ABŞ Dövlət Departamentinin 20 milyon dollar mükafat vəd etməsi məhz bu informasiya boşluğunu doldurmağa hesablanmış addım ola bilər. Bununla yanaşı, o, həmin qərarın başqa siyasi və kəşfiyyat məqsədlərinə də xidmət edə biləcəyini istisna etmir. Belə ki, bu addım gələcəkdə İranın nüvə proqramı ilə bağlı açıqlanacaq hansısa sensasiyalı məlumatın legitimləşdirilməsi üçün əvvəlcədən yaradılan zəmin də ola bilər.

X.Cəfərlinin qənaətinə görə, yaxın həftələrdə İranın nüvə proqramı ilə bağlı yeni və diqqətçəkən məlumatların ortaya çıxması mümkündür. O bildirib ki, belə bir məlumat yayılsa, buna təəccüblənməyəcək. Çünki ABŞ kimi böyük dövlətlərin diplomatik və siyasi addımlarının arxasında dayanan real məqsədlər çox vaxt dərhal deyil, müəyyən müddət keçdikdən sonra üzə çıxır.

Politoloq düşünür ki, Vaşinqtonun indiki davranışları İranın nüvə məsələsinin hələ bağlanmadığını göstərir. Əksinə, nüvə potensialının məhv edilməsi barədə bəyanatlara baxmayaraq, uran ehtiyatlarının taleyi, nüvə obyektlərinin real vəziyyəti və Tehranın gələcək imkanları ilə bağlı suallar qalmaqdadır. Onun fikrincə, məhz yaxın həftələr bu ziddiyyətlərin bir çoxuna aydınlıq gətirə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ