Fransanın xarici işlər naziri Jan-Noel Barro, oktyabrın 11-də soyuducu və dondurucu sistemləri hədəf alan genişmiqyaslı kiberhücuma görə İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) məsuliyyətli hesab etdiyini bildirib.
"Bu, misli görünməmiş miqyasda və aqressiya səviyyəsində bir hücum idi. Bu, suveren ərazimizdə törədilmiş təxribat aktı olmaqla, milli maraqlarımıza və Fransa vətəndaşlarının təhlükəsizliyinə vurulmuş ciddi zərbədir. Biz Avropa səviyyəsində İrana qarşı sanksiyaların tətbiq edilməsi prosesini başlatmaq niyyətindəyik", - deyə o bildirib.
Samirə