ABŞ prezidenti Donald Tramp Demokratların onu yenidən impiçment etməyə çalışacağına şübhə ilə yanaşır.
"Bunu təsəvvür edə bilmirəm, bilirsinizmi? Onlar bunu əvvəllər də ediblər. (...) Məni iki dəfə impiçment etdilər. Və bunun mənim xeyrimə işlədiyini deyənlər də var", - Tramp bildirib.
Eyni zamanda, o, Demokratlarla işləməyə hazır olduğunu bildirib.
Pentaqonun hazırkı rəhbəri Pit Heqsetin mümkün impiçmentinə gəlincə, Tramp bunu "ədalətsiz" adlandırıb: "Onu impiçment etmək istəyirlər. Bu, çox ədalətsizdir. Bizim iki müharibəmiz oldu və hər ikisində qalib gəldik. Biz Venesuelanı, İranı qazandıq".
Tahir TAĞIYEV