Xalq artisti Nurəddin Mehdixanlı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Aktyor bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb.
"Zəfərin mübarək Azərbaycan. Bu Zəfər, igid oğullar yetişdirmiş Azərbaycan analarının, Azərbaycan atalarının Zəfəridir. Bu Zəfər, müzəffər Azərbaycan Silahlı Qüvvələrinin Zəfəridir.
Azərbaycan zabitinin, Azərbaycan generalının, Azərbaycan əsgərinin zəfəridir, qələbəsidir. Bu qələbə, bu Zəfər, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin qələbəsidir. Zəfərin mübarək Azərbaycan" - deyə N. Mehdixanlı bildirib.
ZÜMRÜD