ABŞ hakimiyyəti İranın nüvə proqramı, o cümlədən obyektlər, avadanlıqlar, nüvə materiallarının hərəkəti və əlaqəli şəxslər haqqında məlumat üçün 20 milyon dollara qədər mükafat vəd edib. Bu barədə ABŞ hökumətinin Ədalət Mükafatları proqramının veb saytında məlumat yer alıb.
Elan həmçinin müvafiq məlumat verənlər üçün yenidən məskunlaşma imkanları təklif edir. Cümə günü Yaxın Şərqdəki hərbi əməliyyatlardan məsul olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da mükafatı elan edib.
ABŞ prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının müharibənin əsas məqsədlərindən biri olduğunu bildirib.
2025-ci ilin iyun ayında Ağ Ev Amerikanın zərbələrinin İranın bir neçə nüvə obyektini tamamilə məhv etdiyini açıqlayıb. Lakin sonradan bəzi ekspertlər Tehranın nüvə materiallarının ən azı bir hissəsini əvvəlcədən təhlükəsiz bir yerə köçürdüyünü irəli sürüblər.
Tahir TAĞIYEV