ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ABŞ dövlət katibi vəzifəsində Marko Rubionu əvəz edə bilər. Bu barədə "The Washington Sun" qəzetinin Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
"Administrasiyanın müzakirələri ilə tanış olan mənbələrə görə, Qorun adı bir sıra əsas vəzifələr, o cümlədən Ağ Evin mümkün aparat rəhbəri və ya Marko Rubionun dövlət katibi vəzifəsindəki varisi kimi çəkilir" – yazan nəşrin məlumatına görə, Qor hazırda Ağ Evdə Trampın prezidentlik müddətinin ikinci yarısında boş qala biləcək yüksək səviyyəli vəzifələrə namizəd kimi müzakirə olunur.
Tahir TAĞIYEV