Hörmüz boğazını keçməyə cəhd edən iki neft tankerində, eləcə də yedək gəmisində yanğın baş verib. Press TV-nin məlumatına görə, yanğına iki neft tankeri və bir yedək gəmisi Hörmüz boğazını icazəsiz yolla keçməyə çalışarkən baş verib.
Televiziya kanalının məlumatına görə, tankerlərdən biri minaya düşüb, ikinci tankerdəki yanğının səbəbi isə hələlik müəyyən edilməyib. Yanğını söndürməyə kömək etmək üçün ikinci tankerə yaxınlaşan yedək gəmisi də alovlanıb.
Press TV qeyd edib ki, SEPAH Hərbi Dəniz Qüvvələri iki LUCAS tipli dronların idarəsini elektron müharibə sistemlərindən istifadə edərək ələ keçirib və onları uğurla yerə endirib.
Tahir TAĞIYEV