Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı (Məhərrəm Paşa oğlu Zülfüqarlı) Azərbaycan Turizm və Menicment Universitetinin 20 illik yubileyi münasibətilə universitetin inkişafına verdiyi töhfələrə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin 20 oktyabr 2026-cı il tarixli əmri ilə təltif olunub.
Qeyd edək ki, bundan əvvəl Məhərrəm Zülfüqarlı Azərbaycan turizm sənayesinin inkişafındakı xidmətlərinə və turizm üzrə təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin 3 noyabr 2025-ci il tarixli əmri ilə təltif olunub.
İradə SARIYEVA