ABŞ ordusu son həftələrdə, İranda aralarında Qeşm adasının da olduğu bir neçə hədəf qarşı gizli şəkildə məhdud hücumlar həyata keçirib.
“The Wall Street Journal” qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bazar ertəsi - 2 noyabr günü ABŞ İranın Qeşm adasına hücum edib. Bu, ABŞ Prezidenti Tramp diplomatik razılaşma ehtimalından danışdığı bir vaxtda, Vaşinqtonun son həftələrdə gizli şəkildə İrana qarşı həyata keçirdiyi sonuncu məhdud əməliyyatladan biri olub.
Bəzi hökumət rəsmilərinin bu hərəkətləri müdafiə xarakterli adlandırdıqları, məqsədlərinin İranın Hörmüz boğazında ticarət gəmilərinə sərbəst hücum etmək imkanından məhrum etmək olduğunu bildirib.
Müharibənin əvvəlki dövrlərindən fərqli olaraq, ABŞ bu hücumları ictimaiyyətə açıqlamayıb. Bir rəsminin sözlərinə görə, Vaşinqton tammiqyaslı döyüşə qayıtmaq təəssüratını yaratmamaq üçün kampaniyanı qəsdən gizli saxlayır.
Tahir TAĞIYEV