İran mətbuatında yer alan xəbərlərə görə, Parlamentin Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Behşayeş Ərdəstani İranla ABŞ arasında danışıqların mümkünlüyündən danışıb. Ərdəstani Qətərdə və ya Türkiyəni bu danışıqlar üçün potensial ölkə kimi göstərib.
Mövcud şəraitdə danışıqların yeganə yol olduğunu və bütün müharibələrin danışıqlar yolu ilə bitməli olduğunu bildirən Ərdəstani, "Nə müharibə vəziyyətinə, nə də danışıqlar vəziyyətinə son qoymalıyıq" deyərək, İranla ABŞ arasında Qətərdə və ya Türkiyədə birbaşa danışıqların mümkün olduğunu qeyd edib.
Ərdəstani həmçinin İran ictimai rəyində bəzən müzakirə olunan Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq məsələsinə də münasibət bildirib: "Bu məsələ beynəlxalq aləmdə İranın nüvə silahı istehsalına doğru irəlilədiyi təəssüratını yaradır".
Tahir TAĞIYEV