Bolqarıstanın müvəqqəti Prezidenti İliana Yotova prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Bolqarıstan Milli Televiziyasında (BNT) yayımlanan qeyri-rəsmi nəticələrə görə, Yotova prezident seçkilərində böyük fərqlə qalib gəlib. Yotova Bolqarıstanda seçilən ilk qadın prezident olub.
Yotova Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını müdafiə edən və Ukraynaya hərbi yardıma qarşı çıxan mövqeyi ilə də seçilir.
İctimai rəy araşdırması şirkəti “Alpha Research”in qeyri-rəsmi nəticələrinə görə, Yotova səslərin 57,4%-ni, Andrey Gyurov isə 39,6%-ni toplayıb.
Yotova paytaxt Sofiyadakı Milli Mədəniyyət Sarayında (NDK) Valçev və Baş nazir Rumen Radevlə birlikdə seçiciləri qarşısında çıxış edib və qələbəsini elan edib.
Tahir TAĞIYEV