Macarıstanın keçmiş baş naziri Viktor Orban və Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç Belqradda bir araya gələrək siyasətə qayıtmaq mesajı veriblər. Vucic, Orbanı şəhər xaricindəki atasının evində qonaq edib.
Bu il ölkələrində yeddi ay ara ilə keçirilən seçkilərdə hakimiyyətlərini itirən iki lider, seçki məğlubiyyətlərinə baxmayaraq, şərəflərini itirmədiklərini və dostluqlarının sarsılmaz qaldığını bildiriblər.
"Əziz dostum və qardaşım Viktor Orbanı qəbul etməkdən çox məmnunam. Burada, Belqraddan uzaq olmayan atamın evində gözəl vaxt keçirəcəyik. Bəli, ikimiz də bu yaxınlarda keçirilən seçkilərdə uduzduq, amma şərəfimizi, qürurumuzu və imanımızı itirməmişik" – deyə Vuçiç sosial media hesablarında paylaşdığı videoda bildirib.
Orban Vuçiçə dəvətinə və qonaqpərvərliyinə görə təşəkkür edib və Macarıstan və Serbiya arasında münasibətləri bundan sonra da inkişaf etdirəcəyini bildirib.
Vuçiç paylaşımını Orbanı qucaqlayaraq "Geri qayıdacağıq" mesajı ilə yekunlaşdırıb.
Vuçiç oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının Tələbə siyahısına qarşı məğlubiyyətindən sonra prezident postunu tərk edib. Orban isə mayın 9-da Piter Maqyarın başçılıq etdiyi Fides partiyası Tisaya qarşı seçkilərdə məğlub olduqdan sonra baş nazir postunu tərk edib.
Tahir TAĞIYEV