Sosial Xidmətlər Agentliy əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 12 noyabr saat 16:59-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 12 noyabr saat 16:59-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 12 525 41 30 (5158)
Əlaqələndirici şəxs: Axundova Zeynəb
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2