Cümə günü, 30 oktyabr 2026
     

İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

Image


İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı mürəkkəb siyasi vəziyyət yaradıb. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Ayzenkotun başçılıq etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Hökuməti formalaşdırmaq üçün Knessetin 120 yerindən ən azı 61-nə sahib olmaq lazımdır. Ərəb partiyalarının 19 mandat əldə etməsi onları koalisiya danışıqlarında həlledici mövqeyə gətirib. Lakin müxalifət daxilində ərəb partiyaları ilə əməkdaşlığa münasibət birmənalı deyil, Netanyahu isə belə dəstək hesabına hökumət qurmaq niyyətində olmadığını bildirib.

Netanyahu və müxalifət arasında yaranmış bu siyasi dalandan çıxış yolu nə ola bilər? Ərəb partiyalarının 19 mandatı hansı tərəfin hökumət qurmasına şərait yarada bilər və müxalifət bu partiyalarla əməkdaşlıq etmək üçün siyasi mövqeyini dəyişə bilərmi? Əgər tərəflərdən heç biri 61 mandatı təmin edə bilməsə, İsraildə milli birlik hökumətinin qurulması, yoxsa növbədənkənar seçkilərin keçirilməsi ehtimalı daha real görünür?

Abutalıb Səmədov: "İsraildə yenidən parlament seçkilərinə getmək ehtimalı son dərəcə azdır"

İki

Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İsraildə keçirilən parlament seçkiləri həm hakimiyyət, həm də müxalifət bloku qarşısında ciddi siyasi problem yaradıb. Belə ki, seçkilərdən qalib çıxan Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi blok hökumət qurmaq üçün zəruri deputat çoxluğunu əldə edə bilməyib.

Politoloqun sözlərinə görə, İsraildə çoxluq hökumətinin formalaşdırılması üçün parlamentdə azı 61 deputatın dəstəyi tələb olunur. Lakin Netanyahunun bloku cəmi 53 mandat qazanıb, müxalifət blokunun deputat sayı isə 48-dir. Diqqətçəkən məqamlardan biri ərəb partiyalarının əvvəlki nəticələrlə müqayisədə səslərini təxminən iki dəfə artıraraq 19 deputat mandatı əldə etməsidir.

Abutalıb Səmədov qeyd edib ki, seçkilərdə seçici fəallığı da yüksək olub. Seçicilərin 77 faizdən çoxu səsvermədə iştirak edib ki, bu da son illərin ən yüksək göstəricilərindən biridir. Ərəb seçicilərin fəallığı bu nəticədə mühüm rol oynayıb. Bununla yanaşı, ərəb partiyalarının xaricdən, xüsusilə Qətərdən dəstək alması və seçicilərin maddi maraq müqabilində səsverməyə cəlb edilməsi ilə bağlı iddiaların araşdırıldığı bildirilir.

Politoloq vurğulayıb ki, İsrail qanunvericiliyinə əsasən, seçkilərin nəticələri rəsmən elan edildikdən sonra ölkə prezidenti siyasi partiyalar və deputatlarla məsləhətləşmələr apararaq hökumət qurmaq şansı olan namizədi müəyyənləşdirəcək. Həmin namizədə hökuməti formalaşdırmaq üçün 42 gün vaxt veriləcək. Bu mümkün olmadıqda, növbəti namizədə 28 gün müddət tanınacaq. Hökumətin yaradılması yenə də mümkün olmazsa, prezident 90 gün ərzində yeni parlament seçkiləri təyin edə bilər.

Abutalıb Səmədovun fikrincə, Netanyahu hökumət qurmaq üçün keçmiş siyasi tərəfdaşları Naftali Bennet və Qadi Ayzenkotla razılığa gəlməyə çalışa bilər. Onlardan birinin Netanyahunun tərəfinə keçməsi parlamentdə tələb olunan çoxluğun formalaşmasına imkan verərdi.

Politoloq bildirib ki, ölkə prezidentinin də bu istiqamətdə təklifləri var. Təkliflərdən biri Netanyahunun müəyyən müddət baş nazir vəzifəsində qaldıqdan sonra, iki il ərzində istefa verməsi və siyasətdən çəkilməsi, daha sonra isə hökumətə Bennet, Ayzenkot və ya onların dəstəklədiyi namizədlərdən birinin rəhbərlik etməsidir. Netanyahuya qarşı qaldırılmış cinayət işləri ilə bağlı əfv məsələsi də mümkün razılaşmanın müzakirə olunan şərtləri sırasında yer alır. Ancaq bu təklifin raqiblər tərəfindən qəbul edilib-edilməyəcəyi hələ məlum deyil.

Abutalıb Səmədovun sözlərinə görə, digər mümkün variant Netanyahunun azlıq hökuməti yaratmasıdır. Bu halda ərəb partiyaları hökumətin əleyhinə səs verməmək barədə razılığa gələ bilərlər. Beləliklə, Netanyahu 53 deputatın dəstəyi ilə də hökumət formalaşdırmaq imkanı əldə edə bilər. İsraildə əvvəllər də azlıq hökuməti modeli tətbiq olunub.

Politoloq hesab edir ki, hazırkı siyasi qüvvələrin heç biri yenidən parlament seçkilərinə getməkdə maraqlı deyil. Nə hakimiyyət, nə müxalifət, nə də ərəb partiyaları yeni seçki kampaniyasına başlamaq istəyir. Buna görə də tərəflər hökumətin formalaşdırılması üçün mümkün siyasi razılaşmalara üstünlük verəcəklər.

Onun qənaətinə görə, İsraildə yaxın aylarda ya çoxluq, ya da azlıq hökumətinin yaradılması ehtimalı yüksəkdir. Netanyahu isə yeni hökumət formalaşana qədər baş nazir vəzifəsini icra etməkdə davam edəcək.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ