Milli Məclisdə Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Məsələ parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb. Belə ki, hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevanın Ombudsman vəzifəsinə namizədliyi irəli sürülüb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) səlahiyyət müddəti 7 ildir.
ZÜMRÜD