şənbə günü, 21 noyabr 2026
     

Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

Image


Məlum olduğu kimi, 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişdirilir. Pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasına dəyişiklik Milli Məclisin payız sessiyasının ilk iclasında - 30 sentyabrda birinci oxunuşda qəbul edilib. İndeksasiya vətəndaşları inflyasiyanın təsirlərindən qorumağı, əhalinin pul gəlirlərini artırmağı hədəfləyən iqtisadi mexanizmdir.

Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yəni pensiyanın məbləğindən asılı olmayaraq, ölkədəki orta maaş artımına uyğun olaraq hamıya eyni faiz artım verilir. Növbəti ildən əsas göstərici yenə ötənilki orta maaşın artım faizi olacaq, amma bu dəfə artım hər kəsə eyni cür tətbiq edilməyəcək. Bu il avqustun 1-dək ölkədə orta maaş 1176.7 manat olub. Yeni qaydaya əsasən, pensiyası orta maaş həddinədək olanlar üçün heç nə dəyişmir – onların pensiyası əvvəlki kimi, tam indeksləşmə faizi ilə artacaq. Yəni rəsmi indeksləşmə 10 faiz müəyyənləşdirilsə, min manat pensiya alan şəxsin pensiyası tam 10 faiz artaraq 1 min 100 manat olacaq. Ölkədəki pensiyaçıların 90 faizindən çoxu elə bu qrupa daxildir. Yeni mexanizm yalnız daha yüksək pensiya alan 10 faizlik hissəyə toxunacaq. Amma onların da pensiyasının 1176.7 manata qədər olan hissəsi tam artacaq. Yalnız bu məbləği aşan hissəsinə daha aşağı əmsal (0.2-0.5) tətbiq olunacaq. Məsələn, 2 min manat pensiya alan şəxsin pensiyasının ilk 1170 manatlıq hissəsi tam 10 faiz, qalan 830 manatlıq hissəsi isə 0.5 əmsalı ilə (5 faiz) artacaq. Deputat Vüqar Bayramov deyib: "Orta aylıq əməkhaqqından çox, 5 min manatdan az pensiyaçı vətəndaşlarımızın pensiya məbləğləri 0.5-ə, 5 min manatdan çox məbləğ alanların pensiya indeksləşməsi isə 0.2-yə vurulacaq. Yəni söhbət indeksləşmə faizinə tətbiq edilən əmsallardan gedir. Heç bir halda, təbii ki, pensiya məbləğinin dəyişdirilməsi nəzərdə tutulmayıb və bu, təbii ki, bu qanunun subyekti deyil". Deputatın sözlərinə görə, dəyişiklik pensiyalar arasındakı fərqin azalmasına və median pensiya məbləğinin artmasına xidmət edəcək.

İqtisadçı Natiq Cəfərli isə “Facebook” səhifəsində yazıb ki, ölkədə ən çox və ən tez-tez dəyişən bir Vergi Məcəlləsidir, bir də təqaüdlərin hesablama və artım qaydaları. Pensiyaların məbləğə görə necə indeksləşəcəyini göstərən iqtisadçının fikrincə, belə müzakirələrin tək müsbət tərəfi odur ki, acınacaqlı mənzərəni üzə çıxarır: "Məmləkət üzrə faktiki median pensiya həddinin (bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420-460 manat aralığında olduğunu dolayı rəqəmlərlə təxmin etmək olar. Bir sözlə, bizdə süni şəkildə daim təqaüd yaşı məsələsi önə çəkilir, bu, ikinci dərəcəli məsələdir, əsas dərd, əsas problem təqaüdlərin çox aşağı olmasıdır, ilk növbədə bu məsələ həllini tapmalıdır". Ölkə əhalisinin 10.7 faizini (1.1 milyon nəfər) pensiyaçılar təşkil edir. İyulun göstəricilərinə görə, orta aylıq pensiya ötən illə müqayisədə 10.5 faiz artaraq 594.4 manata yüksəlib. Bu da ölkədəki orta aylıq əməkhaqqının yarısından bir az çoxdur. Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir. Orta pensiyanın 594 manat olması bütün pensiyaçıların 594 manat aldığı anlamına gəlmir. Rəsmi məlumatlara əsasən, 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsait ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Azərbaycanın 2027-ci ildən tətbiq etməyi planlaşdırdığı diferensial indeksasiya beynəlxalq təcrübəyə yad deyil. Bir sıra ölkələrdə yüksək pensiyaların artımı aşağı pensiyaların artımından daha zəifdir. Ümumiyyətlə, pensiyaların indeksləşdirilməsi üçün dünyada vahid model yoxdur. Moldovada aşağı gəlirli pensiyaçını qorumaq üçün 2026-cı il aprelin 1-dən pensiyalar 6.84 faiz indeksasiya olunub. Bununla yanaşı, hesablanmış pensiyalara sabit artım əlavə edilib. Moldova modelinin Azərbaycandan fərqi məhz burada ortaya çıxır. Azərbaycanda müzakirə olunan əsas alət yüksək pensiyanın yuxarı hissəsinə daha aşağı əmsal tətbiq etməkdir. Moldovada isə bütün pensiyalara faizlə artımla yanaşı, sabit məbləğ də verilir. Bu, aşağı pensiya alan şəxsin nominal gəlirinə əlavə dəstək deməkdir. Gürcüstanda isə fərqləndirmə pensiyanın məbləğinə görə deyil, yaşa görə aparılır. 70 yaşadək şəxslərin pensiyası son 12 ayın orta inflyasiyasına əsasən, lakin müəyyən minimum həddən aşağı olmamaq şərti ilə artırılır. 70 yaşdan yuxarı şəxslər üçün isə inflyasiya ilə yanaşı, real iqtisadi artım da nəzərə alınır. Ermənistanda da son dəyişikliklər aşağı pensiyaların daha sürətli artırılmasını nəzərdə tutur. Minimum pensiyanın və əsas pensiya məbləğinin yüksəldilməsi ilə yanaşı, aşağı gəlirli pensiyaçılara sabit məbləğdə əlavə artım tətbiq olunub. Burada məsələ yalnız yüksək pensiyanın artımını azaltmaq deyil, aşağı pensiyanı ayrıca böyütməkdir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 19:23
İran ABŞ F-16 qırıcısını vurduğunu iddia edir – Pentaqondan açıqlama...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ