Əməkdar artist Nigar Şabanova yaşadığı küçəni su basdığı anları paylaşıb.
Mətbuatın yazdığına görə, Əməkdar artist Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətini tənqid edib. O, paylaşımında küçənin illərdir bu vəziyyətdə olduğunu, yağışdan sonra isə hərəkətin çətinləşdiyini bildirib:
"Çox ayıb. Azərbaycanda yaşayırıq və yaşayışa baxın. Bir həftədir yağış yağıb və məhəllənin günü budur, kanalizasiya sistemi bu haldadır. Piyada çıxıb marketə getmək belə mümkün deyil. Maşını olmayan nə etsin? Heç bu millətin kasıbını düşünən bir vicdan sahibi yoxdur? Çox ayıb.
Bilirik, işiniz çoxdur, amma bu vəziyyət illərdir var. Bu illər ərzində niyə bir adam maraqlanmır? İcra deyir bələdiyyənin işidir, bələdiyyə deyir icranın işidir. Çox gülməlidir bu hal.
Kimə deyək? Heyif bu ölkəyə çəkilən zəhmət və əziyyətdən. Mən təsəvvür edirəm ki, leysan yağış olsa, bu küçə nə hala düşər. Bütün küçələr bu və bundan da pis gündədir".
LEYLA