TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində xidmət və işlərin satın alınması üçün 16 milyon dram (44 min dollar – red.) vəsait ayrılıb. Müvafiq qərar noyabrın 19-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Ayrılan vəsait hesabına ərazinin təmizlənməsi üzrə hazırlıq işləri aparılacaq. Xüsusilə, tunellərin daş və zibildən təmizlənməsi, toplanmış torpaq qatının ərazidən daşınması və digər işlərin görülməsi nəzərdə tutulur.
Tahir TAĞIYEV