“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli polis əməkdaşları tərəfindən saxlanılıb. Trend-in məlumatına görə, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Kəngərlinin bu gün, noyabrın 19-da məhkəməyə çıxarılacağı gözlənilir.
Vəkillər Kollegiyası noyabrın 18-də bəzi vəkillərin saxlanılmasına dair mediada yayılan xəbərlərə münasibət bildirib. Kollegiya belə məlumatların yayılması zamanı təqsirsizlik prezumpsiyasına və şəxsin konstitusion hüquqlarına riayət olunmasının vacibliyini vurğulayıb.