Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir və iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
Bu barədə Almaniyanın xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla iqtisadi münasibətlərin və enerji təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi Almaniya iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır.
Almaniya XİN rəhbəri Cənubi Qafqaz regionunun Avropa üçün yeni imkanlar yaratdığını vurğulayaraq, Azərbaycanın bu regionda aparıcı rol oynadığını bildirib.
O, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təchizatı ilə bağlı məsələlərin aktuallığını qoruduğunu və bu baxımdan Azərbaycanın Avropa üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edib.
Tahir TAĞIYEV