"Böyük Britaniya və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan strateji tərəfdaşlıq uzunmüddətli dostluğumuzun möhkəm təməlləri üzərində qurulub. Birgə Bəyannamə iqtisadi artıma təkan verəcək, təhlükəsizliyi gücləndirəcək və innovasiyaları təşviq edəcək. Həmçinin Azərbaycan və Böyük Britaniya vətəndaşları üçün real faydaları olacaq".
Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib. Səfir Böyük Britaniyanın Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə də töhfə verdiyini bildirib. O, Şuşa, Xankəndi, Ağdam və Füzulidə "Chapman Taylor" şirkətinin fəaliyyətini qeyd edib.
"Böyük Britaniya 2020-ci ildə ANAMA-nın fəaliyyətinə dəstək göstərən ilk ölkə olmaqdan qürur duyur. Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə dəstəyimizi davam etdirəcəyik", – deyə səfir vurğulayıb.
İradə SARIYEVA