Avropa ölkələri Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı növbəti danışıqlar raundunun İsveçrədə, Norveçdə və ya Türkiyənin Avropa hissəsində keçirilməsini təklif edirlər.
İtaliyanın “La Repubblica” qəzetinin məlumatına görə, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı razılığa gəlmək niyyətinə dair bəyanatlarını nəzərə alaraq bu prosesə mane olmaq istəmirlər. Eyni zamanda, onlar Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarını, o cümlədən NATO-ya üzvlükdən fərqli alternativ variantları müzakirə etməyə hazırdırlar.
Qəzetin yazdığına görə, nəzərdən keçirilən variantlardan biri Ukrayna ərazisində avropalı olmayan hərbçilərdən ibarət beynəlxalq hərbi kontingentin yaradılmasıdır.
Bu ssenariyə əsasən, “Könüllülər koalisiyası” Ukraynadan kənarda yerləşən sərhəd ərazilərinə nəzarəti həyata keçirə, NATO isə peyk vasitəsilə müşahidəni təmin edə bilər.
Nəşr qeyd edir ki, bu məsələlər üzrə danışıqlar mürəkkəb olacaq və uzun müddət tələb edəcək.
Tahir TAĞIYEV