“Bir çoxunuz xatırlayarsınız ki, avqust ayında, etimadnaməmi Prezident İlham Əliyevə təqdim etdikdən üç gün sonra burada görüşmüşdük. O vaxtdan bəri çox şey baş verib.
Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koker sentyabrın 30-da Azərbaycana ikinci səfərini etdi. O, ilk dəfə ADEX sərgisində iştirak etdi. Sərgiyə ilk dəfə 18 Britaniya şirkətinin qatılması da müdafiə sahəsində tərəfdaşlığımızın dərinləşdiyini göstərdi.
Ticarət naziri Lord Anas Sarvar oktyabrın 6-da Birgə Hökumətlərarası Komissiyanın 8-ci
iclasına həmsədrlik etmək üçün Azərbaycana səfər etdi. Səfər ticarət və investisiya sahəsində əməkdaşlığımızı, o cümlədən nəqliyyat və rəqəmsal infrastruktur üzrə yeni yol xəritəsinin hazırlanmasını irəli apardı. Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
İradə SARIYEVA