Dublində Azərbaycanın strateji tərəfdaşlıq razılaşmalarına daha biri əlavə olundu. İndi Avropanın 10 ölkəsi ilə, Böyük Britaniya ilə, ABŞ və Çinlə, Mərkəzi Asiyanın bir neçə dövlətləri ilə Strateji tərəfdaşlıq münasibətlərindəyik.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu ilk baxışdan diqqət çəkməyə bilər. Lakin dərin mahiyyət var. Ölkəmizin strateji tərəfdaşları coğrafiya etibarilə 3 qitəni - Avropanı, Asiyanı və Amerikanı əhatə edir, çevrədə ABŞ, Çin və Britaniya kimi böyük güclər var. Bu nə deməkdir?
3 qitə və 3 böyük dövlət... Dünyanın ABŞ, Rusiya və Fransa kimi 3 böyük gücü 30 ildən çox "başımızı yastıqladılar". Ancaq indiki "xına o xına deyil".
Gözünüz qorxmasın... Azərbaycan o məğlub Azərbaycan deyil, torpağını azad etmək üçün hər kəsə yavunc olmağa hazır Azərbaycan deyil, ərazisi parçalanmış, suverenliyi olmayan, bətnində separatizm bicini yaşatmaq zorunda qalmış Azərbaycan deyil...
İndi Strateji tərəfdaş və müttəfiqlik içində olduğumuz ölkələr, o cümlədən həmin "3 qitənin 3 böyük gücü" bilirsinizmi bizə nə fayda verə bilərlər?
Tək bir cümlə...
DƏYİŞƏN DÜNYANIN YENİCƏ FORMALAŞAN DÜZƏNİNDƏ AZƏRBAYCAN BU 3 BÖYÜK GÜCLƏ BİR YERDƏ OLMAĞA ÇALIŞDIĞI KİMİ, HƏMİN GÜCLƏR DƏ ÖZ NÖVBƏLƏRİNDƏ ORTA GÜCƏ ÇEVRİLMİŞ AZƏRBAYCANLA BİRLİKDƏ OLMAQ İSTƏYƏCƏKLƏR.
Tahir TAĞIYEV