Cümə günü, 13 noyabr 2026
     

Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

Image


Afsəddin Nəbiyev: “Azərbaycanla əməkdaşlıq Avropa üçün də zərurətdir”

Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinə ev sahibliyi edəcək. Bu tədbir Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahəsindəki tərəfdaşlığının genişlənməsində, eləcə də ölkənin beynəlxalq nüfuzunun artmasında mühüm platforma rolunu oynayacaq.

Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin İrlandiyanın paytaxtı Dublində 9-cu Zirvə toplantısı keçirilir. Tədbirdə Prezident İlham Əliyev də iştirak edir. Dublin Sammitinin əhəmiyyətini artıran əsas məqamlardan biri də Azərbaycanın 2028-ci ildə ASB-nin növbəti sammitinə ev sahibliyi edəcəyidir. 2028-ci ildə bu platformanın növbəti sammitinə Bakının ev sahibliyi etməsi isə ölkəmizin çoxtərəfli diplomatiyada artan rolunu və müxtəlif geosiyasi məkanlar arasında fəal dialoq qurmaq imkanlarını ön plana çıxarır. Azərbaycanın ASB-yə münasibətində də bu məqam xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Avropa məkanında açıq siyasi dialoqu və qarşılıqlı məsləhətləşmələri dəstəkləyir. Eyni zamanda, platformanın yeni beynəlxalq təşkilata çevrilməsinə və əlavə institusional strukturlar yaradılmasına ehtiyac olmadığı mövqeyindən çıxış edir. Bu yanaşma ASB-nin ilkin məqsədləri ilə bağlı mühüm prinsipial məsələ ilə üst-üstə düşür. Platformanın üstünlüyü onun çevikliyində, geniş təmsilçilik imkanlarında və müxtəlif siyasi mövqelərə malik ölkələri eyni müzakirə məkanında bir araya gətirməsindədir. Avropada artıq müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların mövcudluğu şəraitində yeni institusional mexanizmlər yaratmaq əvəzinə, mövcud formatların potensialından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Azərbaycanın ASB ilə bağlı özünün yanaşmaları var.

Bütün bu deyilənlərin fonunda, Prezident Əliyev bu platformaya niyə belə önəm verir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “Hesab edirəm ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin (ASB) fəaliyyətinə və bu platformada Azərbaycanın təmsilçiliyinə xüsusi önəm verməsi təsadüfi diplomatik seçim deyil. Bunun arxasında Azərbaycanın dəyişən beynəlxalq mövqeyi, milli maraqları və yeni dünya nizamında özünə layiqli yer tutmaq strategiyası dayanır. Məsələyə yalnız Avropa ilə münasibətlər kontekstində yanaşmaq düzgün olmazdı. Çünki ASB Azərbaycan üçün Avropa dövlətləri ilə siyasi dialoq aparmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyini təqdim etmək, regional proseslərə təsir imkanlarını artırmaq və qlobal siyasi müzakirələrdə iştirak etmək baxımından da mühüm platformadır. Bu gün Azərbaycan əvvəlki Azərbaycan deyil. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, regionda yeni reallıqlar yaratmış, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat marşrutları baxımından strateji əhəmiyyətini artırmış dövlətdir. Belə bir şəraitdə Azərbaycanın xarici siyasətinin coğrafiyası və diplomatik imkanları da genişlənməlidir. ASB bu baxımdan əlavə imkanlar yaradır. Azərbaycanın Avropa ilə münasibətləri enerji ixracı və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Siyasi dialoq, təhlükəsizlik, nəqliyyat, kommunikasiya və regional sabitlik də bu münasibətlərin mühüm istiqamətləridir.

Avropa Siyasi Birliyi isə bu məsələlərin daha geniş müstəvidə müzakirəsinə imkan verir. Burada Azərbaycan öz maraqlarını ifadə etməklə yanaşı, eyni zamanda Avropanın gələcəyi ilə bağlı müzakirələrdə iştirak edən tərəf kimi çıxış edir. Prezident İlham Əliyevin bu platformaya marağının əsas səbəblərindən biri də Azərbaycanın Avropa ilə münasibətlərdə kənardan müşahidəçi deyil, proseslərin fəal iştirakçısı və təşəbbüskar tərəfi olmasını təmin etməkdir. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini də dəyişib. Bu gün regionda sülh, təhlükəsizlik, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Avropa dövlətləri də anlayırlar ki, Cənubi Qafqazda davamlı sabitlik və əməkdaşlıq Azərbaycanın iştirakı və razılığı olmadan mümkün deyil. Ona görə də ASB Azərbaycan üçün öz mövqeyini Avropanın siyasi elitasına birbaşa çatdırmaq, regional məsələlərə dair yanaşmasını təqdim etmək və ölkəmizin yaratdığı yeni reallıqların qəbul olunmasına nail olmaq baxımından mühüm platformadır. Müasir dünyada dövlətlərin siyasi çəkisi tək hərbi və iqtisadi güclə müəyyənləşmir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və beynəlxalq kommunikasiyalar da dövlətlərin geosiyasi əhəmiyyətini artıran əsas amillərdəndir. Azərbaycan bu istiqamətlərdə mühüm üstünlüklərə malikdir. Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu, Şərq-Qərb nəqliyyat dəhlizindəki mövqeyi və Orta Dəhlizin inkişafı Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə Avropa üçün etibarlı enerji və nəqliyyat tərəfdaşlarının mövcudluğu böyük əhəmiyyət daşıyır. Bu mənada Azərbaycanla əməkdaşlıq Avropa üçün də zərurətdir. Deməli, münasibətlər birtərəfli maraqlara deyil, qarşılıqlı ehtiyaclara və faydalı tərəfdaşlığa əsaslanmalıdır. Diqqətçəkən məsələlərdən biri də Azərbaycanın Avropa Siyasi Birliyinin gələcəyi ilə bağlı mövqeyidir”.

A.Nəbiyevin fikrincə, Azərbaycan bu platformanın yeni bir beynəlxalq təşkilata çevrilməsini, əlavə bürokratik və institusional strukturlar yaradılmasını zəruri hesab etmir: “Əksinə, onun çevik, açıq və müxtəlif siyasi mövqeləri bir araya gətirən dialoq platforması kimi qalmasını dəstəkləyir. Bu, kifayət qədər məntiqli yanaşmadır. Çünki müasir beynəlxalq münasibətlərdə bəzən yeni təşkilatlar yaratmaqdan daha çox, mövcud platformaların imkanlarından düzgün istifadə etmək vacibdir. ASB-nin əsas üstünlüyü ondan ibarətdir ki, müxtəlif siyasi və geosiyasi yanaşmalara malik dövlətlər burada ortaq məsələləri müzakirə edə bilirlər. Azərbaycanın bu yanaşması həm də ölkəmizin müstəqil xarici siyasət fəlsəfəsinə uyğundur. Bizim üçün əsas məsələ hansısa siyasi blokun maraqlarına uyğunlaşmaq deyil, milli maraqlarımızı qorumaqla bütün tərəflərlə qarşılıqlı faydalı münasibətlər qurmaqdır. Mən bu qərarı Azərbaycanın beynəlxalq diplomatik nüfuzunun artmasının mühüm göstəricilərindən biri hesab edirəm. Avropa dövlətlərinin liderlərini bir araya gətirən belə bir platformanın növbəti sammitinin Bakıda keçirilməsi ölkəmizə həm siyasi, həm də diplomatik baxımdan böyük imkanlar yaradacaq.

Bu, Azərbaycanın yalnız enerji resursları və tranzit imkanları ilə deyil, həm də siyasi dialoq üçün etibarlı məkan kimi qəbul edilməsinin göstəricisi olacaq. Eyni zamanda, Bakı sammiti Azərbaycanın Avropa, Asiya və digər geosiyasi məkanlar arasında dialoqa töhfə verən dövlət kimi mövqeyini gücləndirə bilər. Burada bir məqamı xüsusi vurğulamaq istərdim: Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sadəcə özünü tanıtmır. O, həm də öz siyasi baxışlarını, dövlətçilik fəlsəfəsini və müstəqil mövqeyini beynəlxalq ictimaiyyətə təqdim edir. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinə verdiyi əhəmiyyəti Azərbaycanın yeni geosiyasi şəraitdə apardığı çoxşaxəli və praqmatik xarici siyasətin tərkib hissəsi kimi qiymətləndirirəm. Bu gün dünya sürətlə dəyişir. Beynəlxalq münasibətlərdə köhnə siyasi yanaşmalar öz yerini yeni əməkdaşlıq formatlarına verir. Belə bir dövrdə Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlət üçün müxtəlif platformalarda iştirak etmək, tərəfdaşlarının dairəsini genişləndirmək və öz mövqeyini qorumaq olduqca vacibdir”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ