Cümə günü, 13 noyabr 2026
     

Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

Image


Qəbələdə illərdir daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan və adının çəkilməsini istəməyən yerli makler indi özünün belə torpaq ala bilməməsindən narazılıq edir. Onun dediyinə görə, kənardan gələn varlı alıcıların hesabına bazarda süni qiymət artımı yaranıb və bu vəziyyət ən çox elə yerli əhalini çıxılmaz duruma salıb: "İşim torpaq satmaqdır, amma bu gün özümə bir balaca həyət yeri almağa belə gücüm çatmır. Nohurgölün ətrafında, Vəndamda bir sot torpağa 10–15 min manat, bəzən isə daha baha qiymət qoyurlar. Satıcıya deyirəm ki, axı bu qiymətə alan yoxdur, bu məbləğ real deyil. Deyir: "Tələsmirəm, qoy qalsın, gələn il daha baha sataram". Bakıda gəlib bağ evi tikən bir-iki imkanlı şəxsə görə bütün bazar od tutub yanır. Bəs bu rayonda yaşayan yerli camaat nə etsin? Camaatın qazancı nə qədər artıb ki, bu qiymətlərə torpaq ala bilsin?".

O, "Azadlıq" radiosuna bildirir ki, torpaq sahiblərinin kənar müştərilərə arxalanaraq gözləmə mövqeyi tutması yerli sakinlərin torpaq almaq imkanını tamamilə məhdudlaşdırıb. Nəticədə daxili bazar faktiki olaraq dayanıb, sıravi rayon sakini üçün isə ev tikmək əlçatmaz xəyala çevrilib. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə apardığı təhlil də daşınmaz əmlak bazarındakı bahalaşmanı təsdiqləyir. Məlumata görə, bir sot torpağın median təklif qiyməti 16 min 250 manat təşkil edib. Torpaq üzrə qiymət indeksi sentyabr ilə müqayisədə 2.2 faiz, apreldən bəri isə 21.9 faiz yüksəlib. Artım mənzil bazarında da müşahidə olunub. Yeni tikililərdə bir kvadratmetrin median satış qiyməti 2 min 889 manata çatıb ki, bu da ötən ilin dekabrı ilə müqayisədə 9.4 faiz çoxdur. Köhnə tikililərdə isə qiymətlər aylıq əsasda sabit qalsa da, dekabrdan bəri 6.8 faiz artıb. Palata vurğulayır ki, əmlakın qiyməti yerləşdiyi ərazidən, infrastruktura çıxış imkanından, təyinatından və sənədləşmə vəziyyətindən asılıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc yerli mediaya bildirib ki, son illərdə Naxçıvan, Quba, Qəbələ, Qax, Zaqatala və Balakən də daxil olmaqla bir sıra bölgələrdə daşınmaz əmlakın qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Onun sözlərinə görə, əvvəllər bəzi ərazilərdə bir sot torpaq 3–4 min manata təklif olunurdusa, indi bu rəqəm 15–20 min manata çatıb. Naxçıvanda isə son beş ildə daşınmaz əmlak qiymətləri təxminən 2–2.5 dəfə artıb. V.Oruc bahalaşmanı regionlarda turizmin, kənd təsərrüfatının və infrastrukturun inkişafı ilə əlaqələndirir. O, Naxçıvandakı qiymət artımına Zəngəzur dəhlizi ilə bağlı gözləntilərin də təsir göstərdiyini düşünür. İşğaldan azad edilmiş ərazilərdə isə gələcəkdə daşınmaz əmlak bazarının daha sürətlə formalaşacağını gözləyir. AQC sədri hesab edir ki, qiymət artımı növbəti ildə də səngiməyəcək. Onun proqnozuna görə, 2027-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarında, xüsusilə iri şəhərlərdə orta hesabla 15 faizədək bahalaşma mümkündür. Torpaq sahələrində isə artımın daha yüksək ola biləcəyini istisna etmir.

İqtisadçı Asif İbrahimov isə bahalaşmanın yalnız inkişafla izah edilməsini doğru saymır. O, yeni yolların çəkilməsi, infrastruktur layihələri və turizmin genişlənməsi nəticəsində torpağa marağın artdığını qəbul etsə də, bəzi rayonlarda qiymətlərin 15–30 min manata çatmasını real iqtisadi vəziyyətə uyğun saymır. İbrahimovun fikrincə, infrastruktur layihələri torpağın əlçatanlığını və istifadə imkanlarını artırdığı üçün müəyyən bahalaşma təbiidir, amma qiymətlərin bir neçə dəfə yüksəlməsi həmin ərazilərdəki iqtisadi fəaliyyətin və real tələbatın artımı ilə uzlaşmalıdır: "Qiymətlərin bir neçə dəfə artması üçün həmin bölgədə əhalinin gəlirləri, iş imkanları və iqtisadi fəaliyyət də eyni səviyyədə inkişaf etməlidir. Hazırda isə belə bir uyğunluq görmürəm". Rəqəmlər də regionlarda torpaq qiymətləri ilə əhalinin gəlirləri arasındakı böyük fərqi üzə çıxarır. 2025-ci ilin statistik göstəricilərinə əsasən, Şəki-Zaqatala iqtisadi rayonunda orta aylıq nominal əməkhaqqı 683 manat olub. Halbuki, Qəbələnin Vəndam qəsəbəsindəki satış elanlarında 5 sotluq torpaq sahələri üçün 47–54 min manat, daha kiçik — 4.3 sotluq sahə üçün isə 58 min manat tələb olunur. Bu isə o deməkdir ki, bölgədə orta əməkhaqqı alan şəxs 54 min manatlıq torpaq sahəsini almaq üçün bütün qazancını təxminən 6 il 7 ay kənara qoymalıdır. Tənqidçilərin fikrincə, fərdi maraqlar və investor arqumentləri müəyyən dərəcədə başadüşülən olsa da, ümumi makroiqtisadi mənzərə bu prosesin dərin sosial fəsadlar yaratdığını göstərir. Ekspertlər baş verənləri klassik "kənd gentrifikasiyası" kimi dəyərləndirirlər — kənardan daxil olan böyük kapital yerli əhalini iqtisadi baxımdan öz doğma mühitindən sıxışdırıb çıxarır. İqtisadçı A.İbrahimovun fikrincə, qiymət artımını torpaq sahələrinin məhdudluğu ilə əsaslandırmaq yetərli arqument deyil. Çünki torpaq məhdud resurs olsa da, bu amil onun qiymətinin istənilən həddə qədər yüksəlməsi anlamına gəlmir. O, xüsusilə Bakıdan bölgələrə yönələn alıcı marağına diqqət çəkir. İqtisadçının sözlərinə görə, təbiəti və turizm imkanları ilə seçilən rayonlarda torpaq və ev almaq istəyən paytaxt sakinlərinin fəallığı qiymətlərin artmasına birbaşa təsir göstərir: "Fikrimcə, yerli sakinlər bir o qədər də alış-veriş etmirlər. Digər tərəfdən, insanlar gələcəkdə həmin ərazilərdə turizmin və tikintinin inkişaf edəcəyini düşünərək torpaqları baha qiymətə satışa çıxarırlar. Bəzən isə real alqı-satqı baş vermədən qiymətləri süni şəkildə şişirdirlər. Bu da bazarda spekulyativ mühit yaradır".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ