Cümə günü, 13 noyabr 2026
     

“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

Image


Uzun Həsən və Şah İsmayılla bağlı aşağılayıcı yazılar olmasaydı çox güman ki, bu cür aşağı səviyyəli kitaba vaxt ayırmazdıq. Lakin Azərbaycanın görkəmli şəxsiyyətləri və dövlət xadimləri olmuş Uzun Həsən və Şah İsmayıla qarşı bu cür hörmətsizlik bizi bu yazını yazmağa məcbur etdi.

Azərbaycanda nəşr olunan kitablarda qardaş Türkiyənin tarixi şəxsiyyətləri haqqında heç bir təhqiramiz ifadələr işləmədildiyi halda Osmanlı təəssübkeşliyi azarına tutulmuş bir sara tarixçilər bu cür . Azərbaycan Respublikasında az sayda olan bir sıra “ziyalılar” da onların təsiri altına düşərək Şah İsmayıl və digər tarixi şəxsiyyətlərə qarşı təxribatlarda iştirak edirlər. Bu da iki qardaş xalq arasında müəyyən soyuqluq yaranmasına səbəb olur.

Türkiyyədə 2016-cı ildə nəşr olunmuş, 18 TL qiyməti olan, 271 səhifəlik “Tarihi anekdotlar” (“Tarixi lətifələr”) kitabını oxuyarkən “Atatürkün ingilis ateşesinə cavabı” kimi yazılarla yanaşı Uzun Həsən və Şah İsmayılla bağlı aşağılayıcı yazıları görüb təəccübləndik. Kitabın müəllifi elmi dərəcəsi olmayan, eğitim və davranış bilimləri üzmanı kimi təqdim edilən Murad Ertan adlı tanınmayan bir şəxsdir.

Kitabın 25 səhifəsində verilmiş “Fateh Sultan Məhməddən Uzun Həsən hədiyyə” başlıqlı yazıda deyilir:

“Uzun Həsən Fateh Sultan Məhmədə hədiyyə olaraq bir qutu göndərir.Qutunun içində ilan, əqrəb kimi həşəratlar vardır.

Buna cavab olaraq Fateh hədiyyə olaraq bal göndərir. Nə üçün belə davrandığını soruşduqda:”Hədiyyə hər kəsin öz içində qiymətli olanı verməsi deyilmi?” kimi suala digər sualla cavabını verir.”

Səhifə 22 - də verilmiş “ Yavüz Sultan Səlimin ikramı” başlıqlı yazı isə daha qərəzli və təhqiredicidir:

“Yavuz Sultan Səlim Xan dönəmində, İran hökümdarı Şah İsmayıl qiymətli cəvahiratıla dolu bir hədiyyə sandığı Hünkara göndəndərir.

Sandıq açılır, içindən çeşid-çeşid dəyərli daşlar, qiymətli atlas, qumaş parçalar çıxır. Sonra sandıq açılır, açılmaz ətrafa çox pis iy yayılır.

Əvvəl həddindən çox cəvahiratla dolu sandıqdan gələn bu pis iyin səbəbini heç kim izah edə bilmir. Sonradan məsələ aydınlaşır, sandığın dibinə insan nəcisi doldurulub. Şah İsmayılın məqsədi cahan padşahına həqarət etməkdən ibarət olub.

Cahan padşah əmir verir:

“Hamı düşünsün, bu ədəbsizliyə Osmanlının şahına yaraşan şəkildə bir cavab tapılsın.” Lakin sonra məsələnin həllini öz tapır.

Dəyərli cəvahirat və qumaş parçalarla dolu bir sandıq hazırlanır. Sandığın içinə o zamanın gül qoxulu lokumlardan hazırlanmış bir qutu yerləşdirilir. Qutunun altına isə bir sətirlik məktub yerləşdirilir. Xoş iy verən ətriyyat səpildikdən sonra hədiyyə sandığı Şah İsmayıla göndərilir.

Sandıq Şah İsmayılın hüzurunda açılan kimi ətrafı gül qoxusu bürüyür.Hədiyyələri təqdim etdikdən sonra Osmanlı elçisi Şah İsmayıla lokumdan ikram edir.

Sonra isə şahın hüzurunda duranları da lokuma qonaq edirlər.

Şah bu olanladan bir şey anlamayanda, Osmanlı elçisi, Şahın şaşqınlığını aradan qaldırmaq üçün lokum qutusunun altındaki məktubu ona uzadır.

Məktubu oxuyan Şahın üzündə bu dəfə şaşqınlıq yerini böyük bir utanc ifadəsi yer alır. Məktubda “İsmayıl hər kəs yediyindən ikram edər” yazılmışdı.

Kitabın içində olan 299 lətifənin heç birinin mənbəyi göstərilməyib. Kitabın arxasında isə qaynaqlar başlığı ilə 31 kitab qeyd olunub ki, bunlardan da 15-i müəllifin özünə aiddir.

Ortaya belə bir sual çıxır: ““Tarixi anekdortlar” kitabında digər faktlar kimi, Uzun Həsən və Şah İsmayılla bağlı aşağılayıcı yazıların da mənbəyi olmadığı üçün oxucu bunların haradan götürüldüyünü necə aydınlaşdıra bilər?

Fikrimizcə, “Tarihi anekdotlar” (Tarixi lətifələr) kitabında Uzun Həsən və Şah İsmayılla bağlı aşağılayıcı yazıların konkret mənbəyi olmadığına görə bunu Azərbaycan-Türkiyyə qardaşlığına düşmən olan hansısa təxribatçının uydurması hesab etmək olar. Bu yazılanlar iki qardaş xalq arasında soyuqluq yaratmaq, “Bir millət, iki dövlət” ideyasına zərər vurmaq məqsədi daşıyan təxribatdan başqa bir şey deyil. Kitabda Şah İsmayılın Azərbaycan deyil İran hökümdarı adlandırılması isə müəllifin həm elmi savadsızlığının, həm də türk tarixinə rus, fars, erməni və digər tarixçilər kimi düşmən, qərəzli mövqeyindən yanaşdığını göstərir. Azərbaycan- Türkiyə qardaşlığını möhkəmləndirmək üçün bizi birləşdirən çoxlu sayda ortaq dəyərlər, hadisələr, faktlar olduğu halda iki qardaş xalq arasında münasibətlərə xələl gətirən bu cür cızma - qaraların qardaş ölkədə təbliğinin qarşısı alınmalıdır.

Prezident Heydər Əliyev Şah İsmayıl haqqında demişdir: “...Şah İsmayıl görkəmli sərkərdə, Azərbaycan şahı olmuşdur... Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır.”

Türkiyə Cümhuriyyətinin “Millətçi hərəkat “ Partiyasının Başqanı Dövlət Baxçalı da Şah İsmayıla böyük dəyər verərək demişdir: “ Səfəvi dövləti Şah İsmayıl tərəfindən XVI əsrdə qurulmuş bir türk dövlətidir... Şah İsmayıl da bizim üçün ən azı Yavüz Sultan qədər sayğı dəyər və yeri dolmayacaq bir hünkarımızdır... Biz nə Yavuzdan, nə də İsmayıldan vaz keçərik.”

Fikrimizcə, artıq şərhə ehtiyac yoxdur.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ