İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki supertankerdə güclü partlayış baş verdiyini açıqlayıb.
SEPAH-ın mətbuat xidmətinin məlumatına görə, hadisə ötən gecə tankerlərin boğazdan icazəsiz marşrutla keçməsi zamanı baş verib. Bildirilir ki, İran Hərbi Dəniz Qüvvələrinin gəmi hərəkətinə nəzarət mərkəzi gəmilərə cənub marşrutunun təhlükəli olması barədə dəfələrlə xəbərdarlıq edib.
SEPAH-ın iddiasına görə, güclü partlayışdan sonra hər iki gəmi hərəkətini dayandırıb.
Açıqlamada tankerlərin ümumilikdə 4 milyon bareldən çox neft daşıdığı qeyd olunub. Hadisənin səbəbləri, gəmilərin vəziyyəti və mümkün insan tələfatı barədə əlavə məlumat verilməyib.
Tahir TAĞIYEV