Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmədiyi açıq-aydındır və təşkilat buna uyğun reaksiya verəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz Paşinyanın gələcəkdə hansı addımı atacağını bilmirik. Lakin Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etmədiyi göz qabağındadır. Müvafiq olaraq, KTMT də buna reaksiya verəcək”, – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
O, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilatdan çıxmaq əvəzinə, onun fəaliyyətini boykot etməyə üstünlük verməsinin səbəbləri ilə bağlı sualı cavablandırarkən səsləndirib.
Tahir TAĞIYEV