"Al Arabiya" telekanalının müxtəlif mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton və Tehran İranın uran zənginləşdirmə səviyyəsini 3,67%-lə məhdudlaşdıracaq ilkin razılaşmaya gələ bilib. Eyni zamanda, ABŞ İranın hazırda 60%-ə çatmış mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin aşağı salınmasını tələb edir. "Al Arabiya"nın mənbələri əlavə edib ki, bu məsələni həll etmək üçün tərəflər üçüncü bir ölkənin prosesə cəlb edilməsi variantını nəzərdən keçirirlər. Tehranla razılaşma əldə olunacağı təqdirdə, Vaşinqton İranın dondurulmuş aktivlərindən 6 milyard ilə 9 milyard dollar arasındakı vəsaiti sərbəst buraxa bilər.
SAMİRƏ