Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına səbəb olub.
"Cənubi Qafqazda vəziyyət yaxşılaşma əlamətləri göstərir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda faktiki olaraq sülhün bərqərar olması öz nəticəsini verir", - deyə o, MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 14-cü illik iclasında bildirib.
Beləliklə, Şoyqunun sözlərinə görə, nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir və bu barədə işçi qrupu çərçivəsində razılıq əldə edilib. Eyni zamanda, o əlavə edib ki, bütün logistika layihələri iqtisadi cəhətdən əsaslandırılmalı və gəlirli olmalıdır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Gürcüstandakı vəziyyətə də toxunub. O bildirib ki, Gürcüstan hakimiyyəti 2024-cü ildə qərbyönlü gürcü müxalifəti tərəfindən başladılan dövlət çevrilişinin qarşısını demək olar ki, alıb və ölkənin milli maraqlarını qorumaq üçün kurs izləməyə başlayıb.
“Vurğulamaq istərdim ki, regional problemlər kənar ölkələrin müdaxiləsi olmadan siyasi-diplomatik vasitələrlə həll edilməlidir”, – deyə Şoyqu əlavə edib.
Tahir TAĞIYEV