Ermənistan hakimiyyəti Brüsselə rəsmi müraciət təqdim etməzdən əvvəl vətəndaşların ölkənin referendum yolu ilə Avropa İttifaqına (AB) qoşulması ilə bağlı fikirlərini müəyyənləşdirməlidir. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
"Məntiq göstərir ki, əvvəlcə referendum keçirib xalqdan soruşmalı, sonra isə Brüsselə rəsmi müraciət edilməlidir, Ermənistan rəhbərliyinin son zamanlar açıq şəkildə təkid etdiyi kimi deyil" – deyə diplomat TASS agentliyinə verdiyi müsahibədə bildirib.
Pankin qeyd edib ki, Baş nazir Nikol Paşinyan hökumətinin Avropaya inteqrasiya səyləri ziddiyyətli bir vəziyyət yaradıb. O hesab edir ki, İrəvanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyündən əldə etdiyi iqtisadi üstünlüklər başqa bir assosiasiyaya qoşulmaq ideyasını təşviq etmək üçün istifadə olunur.
Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, ümumxalq səsverməsinin keçirilməsi Ermənistanın gələcək inteqrasiya kursunun müəyyənləşdirilməsi üçün konstitusiya proseduruna uyğun olacaq. Bununla belə, o, Aİ ərizəsi təqdim edildikdən sonra vətəndaşların fikirlərinin artıq nəzərə alınmayacağından narahatlığını bildirib.
Diplomat həmçinin AİB müqaviləsinin dayandırılmasının Ermənistan üçün potensial nəticələri ilə bağlı hesabatı xatırladıb. Onun sözlərinə görə, belə bir ssenari yalnız birliyin qalan üzvlərinin iqtisadi təhlükəsizliyini qorumaq üçün son çarə kimi nəzərdən keçirilir.
Tahir TAĞIYEV