Noyabrın 8-dən 9-na keçən gecə Rusiyanın Leninqrad vilayətinin Kirişi şəhərində yerləşən "Kirishinefteorgsintez" şirkətinə dron hücumu olub. Bu müəssisə emal gücünə görə Rusiyanın ikinci ən böyük neft emalı zavodudur və beynəlxalq sanksiyalara məruz qalır.
Kirişi neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib. “Astra” yazır ki, zavod Sankt-Peterburq üçün yanacaq və Pulkovo hava limanı üçün aviasiya kerosininin əsas təchizatçısıdır.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko gecə ərzində vilayət üzərində 113 dron vurulduğunu bildirib.
İlkin məlumatlara görə, hücum nəticəsində neftayırma zavodunun əsas neft emalı qurğularından biri olan ELOU-AVT-2-də yanğın baş verib, ELOU-AVT-6 və ELOU-AT-6 qurğuları da zərər görüb.
Sankt-Peterburq yaxınlığında yerləşən neft emalı zavodu "Surqutneftegaz" qrupunun bir hissəsidir və Rusiyanın şimal-qərbinə neft məhsullarının tədarükündə mühüm rol oynayır.
Neft emalı zavodunun layihə gücü ildə təxminən 20-21 milyon ton xam neft təşkil edir. Zavod benzin, dizel yanacağı, aviasiya kerosini, yanacaq mazut, bitum, mayeləşdirilmiş qaz və neft-kimya məhsulları istehsal edir.
2025-ci ildə ABŞ "Surqutnefteqaz" və onunla əlaqəli qurumlara, o cümlədən Kirişi neft emalı zavoduna qarşı sanksiyalar tətbiq edib. AB və Böyük Britaniya da şirkətə qarşı sanksiyalar tətbiq edib.
Tahir TAĞIYEV