Bazar günü günü, 08 noyabr 2026
     

Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

Image


Prezident İlham Əliyev Azərbaycan xalqına Zəfər günü ilə bağlı təbrikində Xankəndidə son tamamlanma işləri gedən Zəfər Muzeyi barədə də məlumat verib.

“Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək”, - Azərbaycan lideri qeyd edib.

Prezident İlham Əliyevin işğal dövründə separatizmin və təcavüzkarlığın simvollarından birinə çevrilmiş məkanda Zəfər Muzeyinin yaradılması ilə bağlı səsləndirdiyi fikirlər tarixi və siyasi baxımdan dərin məna daşıyır. Vaxtilə Azərbaycanın ərazi bütövlüyünə qarşı cinayətlərin planlaşdırıldığı, qondarma separatçı qurumun fəaliyyət göstərdiyi və işğalçılığın siyasi mərkəzlərindən biri olmuş bir ünvanın bu gün Zəfər tariximizin təbliğinə xidmət etməsi tarixin ironiyası olmaqla yanaşı, tarixi ədalətin təntənəsidir. Dünən təcavüzün, separatizmin və düşmənçiliyin yuvası olan məkanın bu gün Qələbənin, milli qürurun və dövlət suverenliyinin rəmzinə çevrilməsi həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə, həm də gələcək nəsillərə ünvanlanmış mühüm mesajdır.

Vaxtilə separatizmin və işğalçılığın simvolu olmuş bir məkanda Zəfər Muzeyinin yaradılması hansı siyasi, tarixi və mənəvi mesajları özündə ehtiva edir? Bu addım tarixi ədalətin bərpası və Azərbaycanın qalib dövlət kimi iradəsinin nümayişi baxımından nə dərəcədə əhəmiyyətlidir və ən əsası, dünən düşmənçiliyin, təcavüzün təbliğ olunduğu bir ünvanın bu gün qəhrəmanlıq və Zəfər tariximizin təbliği məkanına çevrilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından hansı nümunəni ortaya qoyur?

Abutalıb Səmədov: "Zəfər muzeyi Azərbaycan əsgərinin qəhrəmanlığının, Azərbaycan diplomatiyasının böyük zəfərinin rəmzidir"

Abutalıb Səmədov: Ermənistan NATO-ya yaxınlaşdığını açıq şəkildə deməyib

Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, Qarabağ separatizminin yeni və qanlı mərhələsi 1987-ci ilin noyabrında Abel Aqanbekyanın Parisdə səsləndirdiyi bəyanatla başlayıb. Onun sözlərinə görə, həmin bəyanat sonradan hər iki xalqa böyük faciələr yaşadan prosesin başlanğıcına çevrilib. On minlərlə insanın ölümünə, şikəst olmasına, taleyinin alt-üst edilməsinə gətirib çıxaran qanlı mexanizm işə düşdükdən sonra isə Aqanbekyan bu məsələyə bir daha qayıtmayıb.

Politoloq qeyd edib ki, münaqişənin ilk illərində Azərbaycan Moskvadan ədalət gözləsə də, bu ümidlər özünü doğrultmayıb. Daha sonra BMT və ATƏT çərçivəsində ədalətli qərar əldə etmək üçün diplomatik mübarizə aparılıb. Lakin müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına alan fərqli təkliflər gündəmə gətirilib.

Onun sözlərinə görə, əvvəlcə "ümumi dövlət" variantı təklif olunub. Bu plana əsasən, Qarabağ və Azərbaycan birləşərək vahid dövlət yaratmalı, bununla da guya ərazi bütövlüyü qorunmalı idi. Daha sonra isə Ki-Uestdə ərazi mübadiləsi ideyası ortaya atılıb. Qarabağ və Laçın dəhlizinin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhlizlə dəyişdirilməsi nəzərdə tutulurdu. Azərbaycan bu təklifin də qarşısını ala bilib.

Abutalıb Səmədov bildirib ki, Madrid prinsipləri də Azərbaycan üçün ciddi diplomatik sınaq idi. Həmin prinsiplər Qarabağın gələcək statusunun referendum yolu ilə müəyyənləşdirilməsini nəzərdə tuturdu. Üç böyük dövlətin bu prinsiplərin qəbuluna çalışdığı bir şəraitdə Azərbaycan uzunmüddətli və çətin diplomatik mübarizə aparmalı oldu.

Politoloq vurğulayıb ki, bu mübarizənin önündə Heydər Əliyev dayanırdı. Onun fikrincə, 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin Helsinkidə keçirilən sammitdə diplomatik fəallıq nümayiş etdirə bilməməsi həmin dövrün mühüm çatışmazlıqlarından biri idi. 1994-cü ildə Budapeşt sammitində isə Azərbaycanın mühüm diplomatik uğuru əldə olundu. Qəbul edilən qərara əsasən, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olması üçün imkan yaranmadı.

Səmədovun sözlərinə görə, 1996-cı ildə 53 ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də diplomatik mübarizənin mühüm nəticəsi idi. Lissabon sammitində əldə olunan bu uğur Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyanın siyasi mövqeyinə ciddi təsir göstərdi və onun istefasına gətirib çıxaran prosesdə mühüm rol oynadı. Politoloq qeyd edib ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin məğlubiyyətinin əsasını məhz Lissabon sammitindəki diplomatik uğursuzluqla əlaqələndirir.

Abutalıb Səmədov hesab edir ki, Azərbaycanın qələbəsinin təməli yalnız diplomatik müstəvidə qoyulmayıb. Paralel olaraq güclü ordunun formalaşdırılması, silahlı qüvvələrin müasir silahlarla təchiz edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində də genişmiqyaslı işlər görülüb. Bütün bunlar 44 günlük Vətən müharibəsində öz nəticəsini verdi. Azərbaycan ordusu qısa müddətdə böyük hərbi uğurlara imza atdı, Ermənistan ordusunda isə fərarilik halları geniş vüsət aldı.

Politoloqun fikrincə, Azərbaycanın əks-hücuma keçməsi üçün ən əlverişli məqam düzgün seçilmişdi. Ermənistanın təxribatlarına qarşı başlanan hərbi əməliyyatlar zamanı böyük dövlətlərin prosesə müdaxilə imkanlarının və fəallığının azaldılması istiqamətində də uğurlu siyasi addımlar atıldı. Nəticədə Azərbaycan tarixinin ən böyük qələbəsini qazandı, işğal altındakı torpaqlarını azad etdi və ərazi bütövlüyünü təmin etdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra isə ölkənin bütün ərazisində suverenlik tam bərpa olundu, separatçı rejimin mövcudluğuna son qoyuldu.

Səmədov bildirib ki, bu gün vaxtilə Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə qarşı planların hazırlandığı ərazidə Zəfər muzeyinin fəaliyyətə başlaması xüsusi tarixi və siyasi məna daşıyır. Bu muzey 44 günlük müharibədə qazanılmış hərbi, siyasi və diplomatik uğurların rəmzidir.

"44 günlük müharibədə təkcə ordumuz qalib gəlmədi, Azərbaycan siyasəti qalib gəldi, Azərbaycan diplomatiyası qalib gəldi. Təkcə ordunun gücü ilə bu böyüklükdə qələbəyə nail olmaq mümkün deyildi", – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, hazırda dünyada onlarla separatizm ocağı mövcuddur və onların bir çoxunda silahlı qarşıdurmalar davam edir. Lakin Azərbaycan öz ərazi bütövlüyünə qəsd edən separatizmi hərbi, siyasi və diplomatik vasitələrin vəhdəti ilə aradan qaldırmağa nail olub. Bu baxımdan, Zəfər muzeyi yalnız hərbi qələbənin deyil, həm də dövlətin siyasi iradəsinin və diplomatik uğurunun təcəssümüdür.

Politoloqun sözlərinə görə, Azərbaycan xalqı üçün bu qələbənin miqyası uzun illər təsəvvür edilməsi çətin olan tarixi hadisədir. Hətta 1990-cı illərdə Heydər Əliyevin Qarabağ ermənilərinə ən yüksək muxtariyyət təklif etməsi də o dövrdə mövcud olan beynəlxalq reallıqlarla bağlı idi. Həmin vaxt Azərbaycanın qarşılaşdığı geosiyasi təzyiqlər və beynəlxalq mövqelərin zəifliyi ərazi bütövlüyünü qorumaq üçün güzəştli variantları gündəmə gətirirdi. Bu gün isə vəziyyət köklü şəkildə dəyişib.

Abutalıb Səmədov diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Azərbaycan bu prosesləri öz imkanları hesabına həyata keçirir, heç kimdən yardım gözləmədən yeni layihələr reallaşdırır. Artıq keçmiş məcburi köçkünlərin bir hissəsi doğma torpaqlarına qayıdıb və Böyük Qayıdış prosesi davam edir.

O hesab edir ki, Zəfər muzeyi gələcək nəsillər üçün Azərbaycan xalqının dəmir iradəsinin, fədakarlığının, qəhrəmanlığının və vətənpərvərliyinin simvolu olaraq qalacaq. Azərbaycan əsgərinin 44 günlük müharibədə göstərdiyi şücaət, həyata keçirilən hərbi əməliyyatlar və xüsusilə Şuşanın azad edilməsi dünya hərb elminin diqqətini cəlb edib. Bu əməliyyatın dünyanın müxtəlif ölkələrin hərbi akademiyalarında öyrənilməsi də qələbənin hərbi əhəmiyyətini göstərir.

Politoloq sonda vurğulayıb ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə fəxr etmək üçün tarixi haqq qazanıb. Bu qələbə sübut etdi ki, Azərbaycan yalnız öz hərbi gücünə deyil, düzgün siyasi strategiyasına, diplomatik iradəsinə və milli birliyinə arxalanaraq ən mürəkkəb problemləri belə həll etməyə qadirdir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ