Cümə axşamı günü, 05 noyabr 2026
     

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

Image


İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumət tərəfindən rəsmi adının "Kaspian dənizi" kimi təsdiqlənməsini təklif edib.

Arif bu təklifini İran dövlət televiziyasının hava proqnozunda yayımlanan xəritədə "Kaspian dənizi" ifadəsinin işlədilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, İranda dənizin adlandırılması ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və "Xəzər" adının istifadəsinə qarşı çıxanlar da var. Bəzi tədqiqatçılar isə İranın nə üçün "Kaspian" əvəzinə "Xəzər" adından istifadə etdiyini sual edir.

Bu təklif Xəzər dənizinin tarixi adlandırılması məsələsini yenidən gündəmə gətirib və mümkün ad dəyişikliyi ilə bağlı müzakirələrə səbəb olub.

İran hakimiyyətinin "Xəzər" adının əvəzinə "Kaspian" adının rəsmiləşdirilməsini gündəmə gətirməsinin arxasında hansı tarixi, siyasi və geosiyasi səbəblər dayanır? Niyə məhz indi Tehran üçün "Xəzər" adının istifadəsi "problemə" çevrilib və bu təşəbbüsün arxasında başqa siyasi məqsədlər ola bilərmi?

Azər Həsrət: "Xəzər dənizinin adını dəyişmək istəyənlər əvvəlcə İran İslam Respublikasının özünü qoruyub saxlaya biləcəyini düşünsünlər"

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə yanaşmaları ikili standartlara əsaslanır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı İranda yenidən müzakirələrin gündəmə gətirilməsini daxili ictimai rəyi əsas problemlərdən yayındırmaq cəhdi kimi qiymətləndirir.

O, məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Xəzər dənizinin adı tarixən formalaşıb və Azərbaycan üçün bu məsələdə heç bir mübahisə mövzusu yoxdur:

"İranda yenidən Xəzər dənizinin adı ilə bağlı mənasız və gərəksiz müzakirələr açılması, sadəcə, daxili ictimai rəyi məşğul etmək məqsədi daşıyır. Xəzər dənizinin adı, əlbəttə, tarixən elə Xəzər olub. Bu birmənalıdır və qəbul olunmuş addır. Qardaş Qazaxıstanda da bu dənizə Xəzər dənizi, qazax dilində isə "Xəzər teñgizi" deyilir. Yəni burada türk dünyası baxımından da hər hansı problem yoxdur.

İranda bu müzakirələri gündəmə gətirməklə, məncə, Azərbaycanı qıcıqlandırmaq və ölkəmizə müəyyən mesajlar vermək istəyirlər. Lakin diqqətçəkən məqam budur ki, onların irəli sürdüyü adlandırmaların özündə də türk mənşəli sözlərə rast gəlinir. Xəzər adı da türk tarixinin və dilinin bir parçasıdır. Ona görə də bu məsələdə özlərini hansısa nəticəyə gətirib çıxaracaqlarını düşünürlərsə, yanılırlar.

Bir vaxtlar ermənilərin Qarabağa "Artsax" adını verməsi də buna bənzər yanaşma idi. Lakin tarixi faktlar göstərir ki, adların mənşəyini siyasi istəklərlə dəyişmək mümkün deyil. Tarix öz sözünü deyir.

Xatırlayırsınızsa, bir vaxtlar ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin Mazandaran dənizi adlandırılması məsələsi də gündəmə gətirilmişdi. Heydər Əliyev buna etiraz edərək belə bir adlandırmanı qəbul etmədiyini bildirmişdi. Bu, Azərbaycanın öz tarixi adlarına və milli maraqlarına münasibətinin göstəricisi idi.

İndiki müzakirələrin arxasında da daha çox daxili siyasi məqsədlərin dayandığını düşünürəm. İran dövləti hazırda kifayət qədər mürəkkəb və ağır mərhələdən keçir. Ölkə rəhbərliyi ciddi siyasi və hərbi təzyiqlərlə üzləşib. Belə bir şəraitdə cəmiyyəti başqa məsələlərlə məşğul etmək cəhdləri də başadüşüləndir. Görünür, ictimai diqqəti əsas problemlərdən yayındırmaq üçün bu cür mövzular gündəmə gətirilir.

Amma nə adlandırma müzakirələri, nə də siyasi bəyanatlar tarixi reallığı dəyişə bilər. Azərbaycan bu dənizə Xəzər dənizi deyir və bundan sonra da belə adlandıracaq. Məncə, İranda Xəzər dənizinin adını dəyişmək barədə düşünənlər əvvəlcə "İran İslam Respublikası" adlı dövləti və onun mövcud siyasi sistemini qoruyub saxlaya biləcəkləri barədə fikirləşməlidirlər. Çünki ölkə hazırda çox ciddi sınaqlarla üz-üzədir. Xəzərin adından daha vacib problemlər var və İran rəhbərliyi ilk növbədə həmin problemlərə diqqət yetirməlidir”,- deyə Azər Həsrət fikrini yekunlaşdırdı.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ