“Türkiyə ilə dialoq intensiv və effektiv şəkildə davam edir”. Bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Lakin irəliləyişlərə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı qalır. Mirzoyan, prosesin müsbət mərhələyə çatdığını və "sərhədlərin açılmasının və diplomatik münasibətlərin qurulmasının istənilən an baş verə biləcəyini" deyib.
Tahir TAĞIYEV