ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbinliyini ifadə edib və Moskva ilə Kiyevin razılığa gəlməyə hazır olduqlarını bildirib.
"Düşünürəm ki, hər iki tərəf 'Gəlin razılaşma əldə edək' dediyi nöqtədədir" – deyə Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Ancaq qəzet onu da yazır ki, ukraynalı danışıqçılar Trampın nikbinliyini bölüşmürlər.
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtında keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Tahir TAĞIYEV