Bazar ertəsi günü, 02 noyabr 2026
     

Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

Image


Məhəmməd Əsədullazadə: “Çox təəssüf ki, Qazaxıstan prezidentinin bu mövqeyi bu təşkilatın inkişafına xidmət etmir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb və təşkilatın hərbi alyansa çevrilməsinin yolverilməz olduğunu bildirib.

Bu barədə K.J.Tokayev Ankarada keçirilən TDT-nin sammitində çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, təşkilatın fəaliyyəti son illərdə genişlənərək 60 istiqaməti əhatə edib:

"Lakin bəzi sahələrdə işlərin təkrarlanması müşahidə olunur. Buna görə də üzv ölkələr əsas əməkdaşlıq istiqamətlərini və prioritetləri müəyyənləşdirməlidirlər. TDT hərbi təşkilata çevrilməməlidir. Bu, Qazaxıstanın dəyişməz mövqeyidir".

7 oktyabr 2025-ci ildə keçirilən Qəbələ sammitində Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib.

15 may 2026-cı ildə Türküstan qeyri-rəsmi sammitində Tokayev təşkilatın hərbi ittifaqa çevrilməsinin əleyhinə çıxıb. O, TDT-nin iqtisadi, texnoloji, ticarət və humanitar əməkdaşlıq platforması kimi inkişaf etməli olduğunu vurğulayıb.

30 oktyabr 2026-cı ildə keçirilən Ankara sammitində Tokayev bu mövqeyini yenidən təsdiqləyib və təşkilatın heç vaxt hərbi ittifaq olmamalı olmadığını bildirib.

Ekspertlərə görə, burada bir məqamı da xüsusi vurğulamaq lazımdır: Prezident İlham Əliyev Qəbələdə hərbi təlimlər təklif edərkən təşkilatın mütləq hərbi bloka çevrilməsini tələb etməyib. Onun çıxışında hərbi və müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik və birgə təlimlər məsələsi ön plana çəkilib. Ancaq birgə hərbi təlimlərin davamlı və genişmiqyaslı olması, müdafiə sənayesinin inteqrasiyası və təhlükəsizlik koordinasiyasının dərinləşməsi müəyyən mərhələdə hərbi blokun xüsusiyyətlərinə yaxınlaşa bilər. Ekspertlər hesab edirlər ki, buna görə Tokayevin narahatlığını da nəzərə almaq lazımdır.

Ekspertlərin fikrincə, İlham Əliyevin və Tokayevin mövqelərini eyni mənanı ifadə edən fikirlər kimi qəbul etmək olmaz. Onların arasında müəyyən strateji fərq var, lakin bu fərq mütləq ziddiyyət demək deyil.

Ekspertlər qeyd edirlər ki, İlham Əliyev Türk Dövlətləri Təşkilatının güc potensialını genişləndirməyə çalışır, Tokayev isə bu güclənmənin hərbi ittifaq formasına keçməsinin qarşısını almaq istəyir.

Siyasi analitiklərin fikrincə, Azərbaycanın yanaşması təşkilatın daha güclü və təsirli regional aktora çevrilməsi baxımından perspektivlidir. Tokayevin mövqeyi isə təşkilatın bütün üzvlərinin geosiyasi həssaslıqlarını və suverenlik məsələlərini nəzərə almağa çağırır.

Ekspertlərin sözlərinə görə, ən optimal yol, Azərbaycanın irəli sürdüyü hərbi əməkdaşlıq təşəbbüslərini Tokayevin vurğuladığı siyasi-hüquqi çərçivə ilə uzlaşdırmaqdır.

Beləliklə, Türk Dövlətləri Təşkilatı iqtisadi birlik olmaqla yanaşı, güclü təhlükəsizlik əməkdaşlığına malik siyasi təşkilata çevrilə bilər-hərbi ittifaq yaratmaq zərurəti olmadan.

Ekspertlərə görə, “Türk dünyasının gələcək gücü yalnız iqtisadi inteqrasiyadanmı, yoxsa iqtisadi, siyasi və hərbi əməkdaşlığın paralel inkişafındanmı qaynaqlanmalıdır?”sualı üzərində də müzakirələr açılmalıdır.

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin TDT-yə üzv dövlətlərin ümumi hərbi təlimlərini keçirilməsinə başlamaqla bağlı çağrışı Türk Dövlətləri Təşkilatının inkişafı, daha güclü təşkilata çevrilməsi baxımından daha əhəmiyyətlidir və bu baxımdan, Azərbaycanın daha doğru yoldadır nəinki digərləri. İlham Əliyevin ümumi hərbi təlimlərin keçirilməsi ilə bağlı bu çağırışı və Tokayevin TDT-nin hərbi bloka çevrilməməsi ilə bağlı səsləndirdiyi fikir arasında bir ziddiyyət və yaxud da uyğunluq varmı? Əslində bunları fərqli məqamlar saymaq lazımdır, yoxsa eyni bir mənanı ifadə edir?

Poliotoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Azərbaycan TDT-nin hərbi-siyasi bir təşkilat olmasına çalışır. “Amma Qazaxıstan bununla bağlı mövqeyi fərqlidir, daha çox iqtisadi, loqistik və əməkdaşlıq məsələsini qaldırır. Görünür, Qazaxıstan Rusiyadan çəkilir. Qazaxıstan KTMT-nin üzvüdür. Amma yeni dünya siyasi nizamı qurulur. Proses sürətlənməlidir və TDT siyasi, mədəni və loqistik deyil, bir hərbi-siyasi blok olarsa daha da regional təsirləri olar, daha da güclənən bir təşkilata çevrilər. Türk Dövlətləri Təşkilatının gələcək inkişafı və regional siyasi proseslərdə daha təsirli aktora çevrilməsi məsələsi bu gün xüsusi aktuallıq kəsb edir. Azərbaycan təşkilatın daha geniş siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin də çıxışlarında Türk Dövlətləri Təşkilatının inkişafı və gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirməsi təsadüfi deyil.

Lakin bu məsələdə üzv dövlətlərin mövqeləri heç də eyni deyil. Qazaxıstan daha çox iqtisadi əməkdaşlıq, logistika, nəqliyyat və digər praktiki əməkdaşlıq istiqamətlərinə üstünlük verir. Bununla yanaşı, təşkilatın hərbi-siyasi blok kimi formalaşmasına ehtiyatlı yanaşır. Halbuki yeni dünya siyasi nizamının formalaşdığı, geosiyasi proseslərin sürətləndiyi bir dövrdə türk dövlətlərinin daha koordinasiyalı və güclü siyasi mövqeyə malik olması vacibdir.

Türk Dövlətləri Təşkilatının yalnız iqtisadi, mədəni və logistika əməkdaşlığı ilə məhdudlaşması onun potensial imkanlarının tam reallaşmasına mane ola bilər. Təşkilatın siyasi, təhlükəsizlik və hərbi əməkdaşlıq istiqamətlərində də inkişaf etməsi, fikrimcə, onun regional təsir imkanlarını əhəmiyyətli dərəcədə artırar. Bu, türk dövlətlərinin beynəlxalq münasibətlər sistemində daha müstəqil və güclü mövqe tutmasına şərait yarada bilər”.

M.Əsədullazadənin fikrincə, Qazaxıstanın Rusiya ilə münasibətlərini davam etdirməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması da bu məsələdə müəyyən geosiyasi ziddiyyətlər yaradır. “Türk dövlətlərinin ortaq təhlükəsizlik platformasının yaradılması istiqamətində irəliləyişə nail olmaq üçün mövcud siyasi asılılıqlar və fərqli geosiyasi maraqlar ciddi şəkildə nəzərə alınmalıdır.

Bu kontekstdə Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü məsələsinin gündəmə gətirilməsi, mənim fikrimcə, yanlış yanaşmadır. Rusiya türk xalqlarının yaşadığı, türk respublikalarının və digər türk etnik icmalarının mövcud olduğu böyük bir dövlətdir. Lakin bu tarixi və etnik bağlılıq Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv olması üçün əsas sayıla bilməz.

Rusiya fərqli siyasi, geosiyasi və strateji maraqlara malik dövlətdir. Onun təşkilata üzvlüyü türk dövlətləri arasında mövcud olan ortaq maraqların və siyasi həmrəyliyin zəifləməsinə səbəb ola bilər. Belə bir addım təşkilatın müstəqil inkişafına, qərarların qəbulunda vahid mövqeyin formalaşmasına və gələcəkdə daha güclü siyasi platformaya çevrilməsinə ciddi maneələr yarada bilər.

Təəssüf ki, Türk Dövlətləri Təşkilatının inkişafını və güclənməsini arzulamayan kifayət qədər siyasi mərkəzlər və dövlətlər mövcuddur. Onların təşkilat daxilindəki fikir ayrılıqlarından istifadə etməyə, türk dövlətləri arasında siyasi koordinasiyanı zəiflətməyə çalışmaları istisna deyil. Buna görə də üzv dövlətlər öz ortaq maraqlarını qorumaq, təşkilatın müstəqilliyini və strateji məqsədlərini təmin etmək istiqamətində daha prinsipial mövqe ortaya qoymalıdırlar.

Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının inkişafında, onun siyasi nüfuzunun artırılmasında və türk dünyasının beynəlxalq münasibətlər sistemində daha güclü mövqe qazanmasında mühüm rol oynayırlar. Hesab edirəm ki, bu istiqamətdə səylər davam etdirilməli, təşkilatın gələcək inkişafı yalnız iqtisadi və mədəni əməkdaşlıqla məhdudlaşmamalıdır.

Türk Dövlətləri Təşkilatı türk dünyasının ortaq siyasi iradəsini ifadə edən, regional təhlükəsizliyə və strateji əməkdaşlığa töhfə verən güclü bir platformaya çevrilməlidir. Bunun üçün üzv dövlətlər arasında siyasi həmrəylik, qarşılıqlı etimad və ortaq strateji baxış daha da gücləndirilməlidir”.

M.Əsədullazadə qeyd etdi ki, TDT-nin siyasi-hərbi ittifaq şəklində formalaşması təşəbbüsünü Prezident İlham Əliyev təsadüfən gündəmə gətirməyib və bu zərurətdən irəli gələn məsələdir. Azərbaycan dövlətinin TDT-nin inkişaf etmiş bir təşkilat olması üçün bütün mümkün addımları atdığını deyən M.Əsədullazadənin sözlərinə görə, Prezident Əliyevin bu təklifi digər üzv dövlətlər tərəfindən ciddi şəkildə dəstəklənməlidir. Bu məsələyə Əliyevin və Tokayevin yanaşmasının fərqli olduğunu deyən M.Əsədullazadə hesab edir ki, Azərbaycan Prezidentinin mövqeyi haqlı bir mövqedir.

“Çox təəssüf ki, Qazaxıstan prezidentinin bu mövqeyi bu təşkilatın inkişafına xidmət etmir. Amma Azərbaycanın və Türkiyənin mövqeyi təşkilatın inkişafına xidmət edir”-deyə M.Əsdullazdə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ