Vaşinqton Körfəz müttəfiqlərini ABŞ-ın aralıq Konqres seçkilərindən bir gün sonra, 4 noyabr tarixində İrana mümkün yeni zərbələrə hazırlaşmaq barədə xəbərdar edib.
MSNOW-un müzakirələrlə tanış olan üç yüksək vəzifəli ərəb rəsmisinə istinadən verdiyi məlumata görə, əməliyyat qısamüddətli, lakin intensiv ola bilər. Fars körfəzi ölkələri Tehranın qisasından ehtiyat edərək Vaşinqtonu gərginliyi azaltmağa çağırır. Bir rəsmi bildirib ki, bu səbəbdən bəzi regional dövlətlər öz ərazilərindəki Amerika hərbi bazalarının zərbələr üçün istifadəsinə etiraz edə bilərlər.
ABŞ 1 sentyabrdan bəri İrana hücum etməyib. Prezident Donald Tramp əvvəllər ara seçkilərdən sonraya qədər əlavə hücumlardan çəkinəcəyinə söz vermişdi.
Ağ Evin sözçüsü MSNOW-a mümkün planlar barədə məlumatlara münasibət bildirərkən bildirib ki, administrasiya "mövcud ola biləcək və ya olmaya biləcək məxfi hərbi planları" müzakirə etmir.
Vurğulanıb ki, Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları masanın üstündə saxlayır.
Tahir TAĞIYEV