Cümə günü, 30 oktyabr 2026
     

Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

Image


İlqar Hüseynli: “Təklifim budur ki, ilk növbədə, bu məsələləri araşdırmaq üçün xüsusi komissiya yaradılsın”

Xəzər sahilindəki torpaq sahələri dövlətə qaytarılıb. Aktauda Xəzər dənizi sahilində ümumi sahəsi 5,9 hektar olan torpaq sahələri məhkəmə qərarı ilə dövlət mülkiyyətinə qaytarılıb. Kazinform Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, kommersiya torpaqlarının tender keçirilmədən ayrıldığı müəyyən edilib.

Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Manqistau Vilayət Torpaq Ehtiyatlarının İdarə Edilməsi Departamenti (KUZR) tərəfindən qaldırılan iddia əsasında məhkəmə Aktau şəhərində Xəzər dənizi sahilində yerləşən ümumi sahəsi 5,9 hektar olan kommersiya torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması barədə qərar qəbul edib.

Planlaşdırılmamış yoxlama zamanı departament torpaq sahələrinin ayrılmasında torpaq qanunvericiliyinin pozulması hallarını aşkar edib. Onların tender proseduru olmadan ayrıldığı müəyyən edilib.

Müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün Torpaq İdarəetmə Departamenti Manqistau Vilayətinin İxtisaslaşdırılmış Rayonlararası İqtisadi Məhkəməsinə torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması tələbi ilə iddia qaldırıb.

İşə baxıldıqdan sonra məhkəmə departamentin iddialarını təmin edib. Nəticədə kommersiya təyinatlı torpaq sahələri dövlət mülkiyyətinə qaytarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər 1,2 milyon hektar istifadə olunmamış torpaq və qanun pozuntusu ilə ayrılmış torpaq dövlət mülkiyyətinə qaytarılıb.

Qazaxıstanda qəbul olunan bu qərar Azərbaycan üçün də aktualdır.

Azərbaycanda da Xəzərin ətrafında zəbt olunmuş torpaqlar məsələsi çox ciddi problemdir. Ölkəmizdə də Xəzərətrafı dövlət torpaqları zəbt olunub.

Azərbaycanda bu torpaqlar nə zaman dövlətə qaytarılacaq?

Ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, bu məsələyə selektiv və ədalətli yanaşılmalıdır. “Əslində, xatırlayırsınızsa, hələ Heydər Əliyevin sağlığında Xəzər dənizinin sahilindən 300 metr məsafədə hər hansı biznes obyektlərinin, əyləncə mərkəzlərinin və digər tikililərin inşasını məhdudlaşdıran müvafiq qərar qəbul edilmişdi. Mən ümid edirəm ki, həmin qərar bu gün də qüvvədədir və onu ləğv edən, yaxud etibarsız hesab edən başqa bir qərar qəbul olunmayıb.

Sadəcə olaraq, həmin qərarın icrasına lazımi nəzarət edilmədi, onun işlək mexanizmə çevrilməsi istiqamətində ciddi addımlar atılmadı. Nəticədə Xəzər dənizinin sahil zolağı boyunca çoxsaylı biznes obyektləri, restoranlar və digər kommersiya təyinatlı tikililər inşa edildi.

Bu gün isə vəziyyət xeyli mürəkkəbləşib. Çünki artıq həmin ərazilərdə böyük investisiyalar hesabına nəhəng biznes infrastrukturları formalaşıb. İndi bu obyektlərin hamısının sökülməsi və ərazidən kənarlaşdırılması nə dərəcədə məqsədəuyğundur, bunu ayrıca qiymətləndirmək lazımdır. Əlbəttə, vaxtilə 300 metrlik sahil mühafizə zolağına dair tələbə əməl edilsəydi, indiki problemlərlə üzləşməzdik.

Dünyanın dəniz sahilində yerləşən bir çox ölkələrində də sahilboyu ərazilərin istifadəsi ilə bağlı müəyyən qaydalar mövcuddur. Gürcüstanda, Türkiyədə, o cümlədən Antalyada və Qara dəniz sahillərində otellər, restoranlar, əyləncə mərkəzləri, turizm və digər biznes infrastrukturları yaradılıb. Azərbaycanda da bu istiqamətdə müəyyən infrastruktur formalaşıb. Ona görə də məsələyə yalnız bütün obyektlərin sökülməsi prizmasından yanaşmaq düzgün olmazdı”.

İ.Hüseynli vurğuladı ki, ilk növbədə, həmin tikililərin ətraf mühitə, Xəzərin ekoloji vəziyyətinə və ictimai maraqlara nə dərəcədə zərər vurduğunu araşdırmaq lazımdır. “Hazırda Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü görürük. Hətta Novxanıdan Sumqayıt və Corat istiqamətinə qədər bəzi ərazilərdə dənizin geri çəkilməsi sahil zolağının əvvəlki vəziyyətini ciddi şəkildə dəyişib. Bunun yaxın perspektivdə hansı istiqamətdə inkişaf edəcəyini, Xəzərin əvvəlki səviyyəsinə qayıdıb-qayıtmayacağını isə indidən dəqiq söyləmək çətindir.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, mövcud infrastruktura münasibətdə fərqli və əsaslandırılmış yanaşma tətbiq edilməlidir. Bəzi obyektlərin saxlanılması iqtisadi və ictimai baxımdan məqsədəuyğun ola bilər. Xəzərin sahillərində böyük sanatoriyalar, istirahət kompleksləri, hətta geniş yaşayış infrastrukturları yaradılıb. Məsələn, böyük Sibris layihəsi həyata keçirilir, ərazidə böyük yaşayış kompleksi inşa olunur. Artıq bu miqyasda formalaşmış infrastrukturu nəzərə almadan ümumi söküntü qərarları vermək düzgün olmazdı.

Mənim təklifim budur ki, ilk növbədə, bu məsələləri araşdırmaq üçün xüsusi komissiya yaradılsın. Hər bir obyekt ayrılıqda qiymətləndirilsin: onun ərazini zəbt etməsinin miqyası nə qədərdir, dövlətə və cəmiyyətə iqtisadi faydası nədir, ekoloji və sosial baxımdan yaratdığı təhlükə hansı səviyyədədir? Bu təhlillərin nəticəsinə əsasən, hansı obyektlərin saxlanılmasının, hansılarının isə sökülməsinin zəruri olduğu müəyyənləşdirilməlidir.

Xüsusilə bir məsələyə diqqət çəkmək istəyirəm. Şıxovdan Qaradağ istiqamətinə, Səngəçala qədər uzanan sahilboyu ərazilərdə çoxsaylı yaşayış kompleksləri, villalar və fərdi evlər inşa edilib. Nəticədə Xəzər dənizinin sahilləri faktiki olaraq vətəndaşların üzünə bağlanıb. Bəzi ərazilərdə elə hündür hasarlar çəkilib ki, insanlar dənizə çıxış imkanından məhrum olublar.

Məncə, əsas diqqət məhz bu məsələyə yönəldilməlidir. Həmin hasarların, sahil zolağına qanunsuz müdaxilələrin və ictimai istifadəyə mane olan tikililərin taleyi ciddi şəkildə araşdırılmalıdır. Xəzər dənizi vətəndaşların üzünə açılmalı, sahilboyu ərazilərdə insanların sərbəst hərəkəti və dənizdən istifadə hüququ təmin edilməlidir. Eyni zamanda, sahilboyu ərazilərin təbii hava dövranına mane olan maneələrin aradan qaldırılması da şəhər mühiti baxımından əhəmiyyətlidir.

Beləliklə, mənim yanaşmam ondan ibarətdir ki, bu məsələdə ümumi və fərqləndirilməmiş qərarlardan qaçmaq, selektiv və hüquqi cəhətdən əsaslandırılmış mövqe ortaya qoymaq lazımdır. Hansı obyektin saxlanılması, hansının sökülməsi məsələsi ədalətlilik prinsipi əsasında, müvafiq mütəxəssislərin və müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla həll edilməlidir.

Hətta hesab edirəm ki, belə bir komissiya yaradılacağı təqdirdə onun tərkibində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də təmsil olunmalıdır. Proses ictimai nəzarət altında, şəffaf və obyektiv şəkildə həyata keçirilməlidir. Çünki burada söhbət yalnız biznes obyektlərinin və tikililərin taleyindən getmir. Söhbət Xəzər dənizinin qorunmasından, sahil zolağının gələcək taleyindən, ekoloji tarazlığın təmin edilməsindən və ən başlıcası, vətəndaşların ictimai məkanlardan istifadə hüququnun bərpasından gedir”-deyə İ.Hüseynli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ