Ukrayna qüvvələri Volqoqrad vilayətindəki Marinovka hərbi aerodromunda iki Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv edib. Hücum Borisoqlebsk aerodromunun vurulmasından iki həftə sonra baş verib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, orada altı modernləşdirilmiş Su-34M təyyarəsi məhv edilib .
Ukrayna Baş Qərargahımın məlumatına görə, Marinovka aerodromu 29 oktyabrda “Neptun” raket sistemi ilə vurulub. Prezident Zelenski iki Su-34 təyyarəsinin məhv edildiyini təsdiqləyib . O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri həmçinin “İskəndər” raketini də məhv edib, lakin heç bir təfərrüat açıqlamayıb.
Ukraynanın "Casus Dosyesi" saytının məlumatına görə , Marinovka aerodromuna endirilən zərbə və iki Su-34 təyyarəsinin məhv edilməsi nəticəsində iki hərbçi həlak olub, daha iki nəfər yaralanıb. Hücum edilən obyektin Rusiya Hərbi Hava Qüvvələrinin 11-ci Qarışıq Aviasiya Alayı tərəfindən istifadə edildiyi bildirilir.
Tahir TAĞIYEV