Siyasi baxımdan seçiciləri rüşvətlə ələ alanların qol-qıçlarını sındıracağıq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda hər bir vətəndaşın bir səsi var.
"Birdən çox səsə sahib olanlar mənim sinfi düşmənlərimdir. Bu insanları məhv etmək mənim siyasi borcumdur. Əgər kimsə 25 səsə və ya bu kimi bir şeyə sahib olduğunu desə, mən onların ardınca düşəcəyəm, istər hüquq-mühafizə orqanları, istərsə də siyasi vasitələrlə. Bu insanlara qarşı böyük Oktyabr inqilabı baş verəcək. Onları siyasi cəhətdən məhv edəcəyik, onları aradan qaldırmaq lazımdır" – deyə Paşinyan qeyd edib.
Tahir TAĞIYEV